Blokada respublikası

Dağlıq Qarabağ Respublikasında (DQR) nələr baş verir? Tanınmamış respublika səkkiz aydan çoxdur ki antidemokratik Azərbaycan Respublikası tərəfindən blokadaya alınıb. Avtoritar Azərbaycan dövləti ay yarımdır ki, Dağlıq Qarabağa humanitar yardımın daxil olmasının qarşısını alır. Blokada nəticəsində Azərbaycan tərəfi Stepanakert sakininin meyitini Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsindən keçirilməsinə qadağan edib, Dağlıq Qarabağda iki erməni uşaq öldürülüb və müalicə üçün gedən şəxs Azərbaycan sərhədçiləri tərəfindən birbaşa Qırmızı Xaç karvanından qaçırılıb. Bu blokada zamanı baş vermiş ən tükürpədici hadisələrdən sadəcə bir neçəsidir. DQR-nın iştrakı olmadan Ermənistan, Azərbaycan və işğalçı Rusiya arasında üç tərəfli danışıqlar aparılır və onun nəticələri Dağlıq Qarabağ Respublikasının özündə qəbuledilməz hesab olunur.

Bu məqalədə komandamız DQR-nın İlham Əliyev tərəfindən blokadasına və humanitar böhranına dair mövqesini açıq şəkildə bildirir, tanınmamış respublikaya qarşı Azərbaycan-Türkiyə birliyinin təhdidlərini və Dağlıq Qarabağ sakinlərinin Paşinyan siyasətini tənqid etmələrini, Bakı-Yeravan-Moskva oxunun danışıq prosesinə Stepanakertin münasibətini, AzərbaycanınDağlıq Qarabağda yaşayan ermənilərin yaşama hüququnu əllərindən alınmaması zəmanətinə dair məsələni və DQR-nın Ermənistanın baş nazirindən daha çox niyə Makrona ümid etdiyini analiz edirik.

Blokada necə başladı?

2022-ci il dekabrın 12-dən etibarən tanınmamış Dağlıq Qarabağ Respublikasının (Artsax) Azərbaycanın avtoritar [1] hakimiyyəti tərəfindən təşkil olunmuş blokadası davam edir. Artsaxı Ermənistanla birləşdirən yeganə yol olan dövlətlərarası Stepanakert-Qoris-Berdzor (Laçın) dəhlizi Azərbaycan tərəfi tərəfindən guya “‎ekoloji səbəblərə görə”‎ 4 aydan çoxdur ki tamamilə bağlı qalmışdır. 14 saat ərzində, aprelin 28-i saat 21:00-dan 29-u saat 11:00-a kimi Azərbaycan tərəfindən yaradılmış nəzarət-buraxılış məntəqəsində Rusiya Sülhməramlı Kontingentinin avtomobilləri saxlanıldı, axşam saatlarında isə “‎ekoaktivistlər” (Laçın/Berdzor dəhlizini bağlayan dövlətin könüllü ekofaşist gəncləri)‎ Laçın/Berdzor dəhlizində aksiyanı dayandırmışdılar. Bundan sonra Azərbaycan hərbçiləri və polisi yolu tamamilə kəsərək güclənmiş şəkildə yola nəzarəti etməyi başlamışdılar.

Humanitar böhran və ölən uşaqlar

Laçın dəhlizinin blokadası DQR sakinlərini humanitar fəlakətin astanasına qoyub. Özünü elan etmiş respublikanın əhalisinin təxminən 120 min nəfəri nəqliyyat dəhlizinin bağlanması səbəbindən təcrid vəziyyətinə düşüb. Respublikada ərzaq mağazalarının rəfləri və marketlər boşdur, apteklərdə həyati vacib dərmanlar və şəxsi gigiyena vasitələri tükənir. Azərbaycan tərəfindən Ermənistandan Dağlıq Qarabağa elektrik enerjisi və qazın verilməsini dayandırması (Beynəlxalq təyziqlərə rəğmən yenidən verilməsi) enerji və humanitar böhranı daha da kəskinləşdirmişdir.

DQ-da yaşayan, şərti adı Alla olan 22 yaşlı kənd məktəb müəlliminin Rusiya tələbə ictimai-siyasi DOXA jurnalına verdiyi müsahibədə deyir:

“Üç aylıq blokadanın ən çətin dövrü qazın kəsildiyi dövr olub. İnanılmaz dərəcədə soyuq idi: üç-dörd qat paltarda evin ətrafında gəzməli, soyuq su ilə yuyulmalı idim. Sonra soba quraşdırdıq və onunla isinməyə başladıq. Allaha şükür ki, bu qədər soyuq olan vaxt artıq geridə qalıb.
Amma vəziyyət hələ də çətindir. Dərman çatışmazlığı var, xəstəxanalarda vəziyyət ağırdır. Əvvəllər həmişə Yerevanda çətin tibbi əməliyyatlar aparılırdısa, indi yollar bağlandığından ora getmək mümkün deyil. Qırmızı Xaç vasitəsilə kimisə göndərsələr də, həmən adamlar həmişə vaxtında bura çatmırlar. Artıq bir neçə nəfər bu səbəbdən dünyasını dəyişib.” [3]

“Üç aylıq blokadanın ən çətin dövrü qazın kəsildiyi dövr olub. İnanılmaz dərəcədə soyuq idi: üç-dörd qat paltarda evin ətrafında gəzməli, soyuq su ilə yuyulmalı idim. Sonra soba quraşdırdıq və onunla isinməyə başladıq. Allaha şükür ki, bu qədər soyuq olan vaxt artıq geridə qalıb.

Amma vəziyyət hələ də çətindir. Dərman çatışmazlığı var, xəstəxanalarda vəziyyət ağırdır. Əvvəllər həmişə Yerevanda çətin tibbi əməliyyatlar aparılırdısa, indi yollar bağlandığından ora getmək mümkün deyil. Qırmızı Xaç vasitəsilə kimisə göndərsələr də, həmən adamlar həmişə vaxtında bura çatmırlar. Artıq bir neçə nəfər bu səbəbdən dünyasını dəyişib.” [3]

DQR-da blokada ücbatından qida qıtlığına, dərmanların və qidanım kəskin azalmasına baxmayaraq, Azərbaycan tərəfi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinə qəti əngəllər törədir. BQXK öz rəsmi sosial hesabında və saytında paylaşım edib:

“Bu ərazinin sakinlərinin sağ qalması bizim humanitar yardım karvanlarımızdan asılıdır. Bunların bloklanması ilə humanitar vəziyyətin daha da pisləşəcəyindən qorxuruq.” [4]

Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Laçın dəhlizinin girişində yaradılmış Stepanakert sakininin meyitinin meyitinin keçirilməsinə qadağa qoyub. Mərhumun qızının sözlərinə görə, onlar Rusiya sülhməramlıları ilə əvvəlcədən razılaşıblar ki, cəsədin Stepanakertdə basdırılması üçün daşınsınlar, lakin keçid məntəqəsində azərbaycanlılar onlara Dağlıq Qarabağa girişi qadağan ediblər, sülhməramlılar isə maşını əks istiqamətə döndərərək, məsələni blokadaçılara buraxıblar. Mərhumun qohumunun dediyinə görə, imtinaya səbəb Birinci Qarabağ müharibəsində iştirak etməsidir. [5]

İyulun 8-də isə blokada nəticəsində Dağlıq Qarabağda iki erməni uşaq öldürülüb. İyulun 8-də Dağlıq Qarabağın şimalında avtomobildə anası bitki yağı və şəkər müavinəti almaq üçün yaxınlıqdakı şəhərə getmiş iki uşağın meyiti tapılıb. 6 yaşlı qız və 3 yaşlı oğlan olan bacı-qardaşlar analarını tapmaq üçün yola çıxıb, isti yay axşamında kilidi açılmış avtomobilə daxil olublar. Blokadanın sərtləşdirilməsindən və iki erməni uşağının ölümündən sonra vəziyyət, yerli sakinlərin fikrincə, kritik həddə çatmışdı. [6] Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Twitter”də yazı dərc edərək, kiçik Leo və Qitanın ölümünün ciddi humanitar vəziyyətin nəticəsi olduğunu qeyd edib. [7]

Blokada beynəlxalq normalara zidd olaraq struktural zorakılığın (Struktural zorakılıq – struktur zorakılığı sosial institutlar tərəfindən insanların əsas ehtiyaclarını ödəməyə imkan verməyən şəraitin yaradılmasıdır) [8] tərkib hissəsi sayılır. Azərbaycan tərəfi dəfələrlə Laçın yolunun açıq olduğunu bəyan edərək blokadanı inkar etsə də [9], Ermənistan və DQR, o cümlədən beynəlxalq bəyanətlər tam əksini iddia edir. Azərbaycan tərəfi dəfələrlə bir çox danışıqları sonradan pozaraq münaqişə həssaslığı (Münaqişə həssaslığı – münaqişələrə müdaxilənin müsbət təsirini maksimum dərəcədə artırmaq və zərərli təsirlərindən qaçmaq imkanları gücləndirmək və təşviq etməkdir. “Zərər verməmək” münaqişə həssaslığının əsas prinsiplərindən biridir və müdaxiləyə etik və şüurlu bir yanaşma tələb edir) [10] dinamikasının yaranmaması üçün destruktiv xarakter daşıyır. Bu səbəbdən, Azərbaycan tərəfi bloka terroru (Blokada terroru – bir ərazidə yaşayan vətəndaşları təşvişə salaraq sivil insanları bütün resurslardan məqsədli şəkildə məhrum etmək) vasitəsi ilə konstruktiv danışıqların üzərindən xətt çəkərək zorakı metodlara əl atır.

Qara bağın günəşsiz meşəsi

2020-ci il sentyabrda Azərbaycan və Dağlıq Qarabağ Respublikası arasında döyüşlərdən sonra müdafiə zonasını (Müdafiə zonası – Birinci Artsax/Qarabağ müharibəsində erməni tərəfi Dağlıq Qarabağ üçün müdafiə zonası sayılan ətrafı 7 rayonu ələ keçirərək DQR-nı təhlükədən sığortalamışdır) itirən DQ sakinlərinin özlərinin dediyi kimi, onların yaşadığı ərazi heç də dəyərsiz bir yer deyildir. Dağlıq Qarabağ ilk növbədə təbii sərvətlər, faydalı qazıntılar, otlaqlar, mədənlər, dekorativ daş hasilatı üçün karxanalar, kənd təsərrüfatı mənfəət gətirə bilən və kapitalist çəyirtkələrinin doyumsuz hərisliyini müvəqqəti doydura bilən hər şeydir.

1994-cü ildə yaşayış sahəsi və resursları uğrunda mübarizədə qalib gələn erməni burjuaziyası öz uğurlarını daha da gücləndirmək və öz milli mövqelərini daha da inkişaf etdirmək üçün tramplin kimi DQR-nın keyfiyyətcə möhkəmlənməsinə kifayət qədər resurs və kapital qoya bilmədi, ya da bunu sadəcə olaraq istəmədi. Milli mövqe və milli ruh eyforiyası müharibə uğurlarının bitişinə kimi davam etdi. Postmüharibə dövründən sonra Ermənistanla Qarabağı birləşdirə biləcək qızıl körpü inşa etmə şansı olsa da, bu addımlar erməni oliqarxları tərəfindən atılmadı. Təbii ki, tanınmamış respublika onlar tərəfindən faktiki olaraq dəyərsiz statusa malik idi. Artsax/Qarabağ – iş adamları üçün siyasi və ideoloji tramplin əvəzinə, iş adamının öz mənfəəti naminə siyasətçilik karyerasına doğru yüksəlişi və zənginləşməsi üçün periferik regiona çevrildi.

Avtoritar İlham Əliyev sistemi isə beynəlxalq münasibətlərdə öz nüfuzunu artıraraq xammal-dövləti olan Azərbaycanı fövqəldövlətlərin, o cümlədən Avropa İttifaqının, Böyük Britaniyanın, Türkiyənin, Rusiyanın, Çinin imperialist maraqlarını təmin edəcək müasir zəbtetmə (Müasir zəbtetmə – inkişaf etməmiş dövlətin öz ərazisində iqtisadi resursları əldə edə bilərək dünya bazarında sata bilmədiyi səbəbindən xarici transmilli şirkətlərin ölkədə yer alması) formasını aldı. İtalyan spinozist-marksist sosioloqu və siyasi filosofu, ən çox “İmperiya” kitabının həmmüəllifliyi və ikinci olaraq Spinoza üzərindəki işi ilə məşhur olan Antonio Neqri yazır:

“İmperiya kapitalizmin genişlənməsinin “xarici” deyil, “daxili” olacağını güman edir. Çünki o, “kapitalist olmayan mühiti deyil, öz kapitalist ərazisini əhatə edir. Yəni, belə bir daxilolma artıq formal yox, tam olaraq reallaşır”. [11]

Azərbaycan kapitalı isə bir çox sahələrdə daxili ərazisini istismar edərək mənfəət qazana bilmədiyi üçün daxili ərazisini digər imperialist maraqların tələbatını ödəyəcək müasir müstəmləkəçi (Müasir müstəmləkəçilik – İnkişaf etmiş kapitalist dövlətlər tərəfindən inkişaf etməmiş gənc ölkələrin və iqtisadiyyatların, o cümlədən bu yaxınlarda müstəmləkə siyasi asılılığından azad edilmiş ölkələrin, əvvəlki müstəmləkə sisteminin tam uğursuzluğu və müstəmləkə imperiyalarının dağılması ilə əlaqədar qeyri-bərabər iqtisadi və birbaşa hərbi-siyasi münasibətlər və müqavilələrin köməyi ilə tabeçilik və istismar sistemi) qlobal dövlətlərin xarici kapitalına və transmilli korporasiyaların istirablı istismarının öhdəliyinə buraxdı.

Siyasi və iqtisadi beynəlxalq münasibətlərdə isə Azərbaycan yeni sazişlər bağlayır, hakimiyyət elitasının əsas siması olan İlham Əliyev və onun adminstrasiyası isə Qərb dövlətləri, həmçinin onun strateji tərəfdaşları hesab edilən İsrail ilə hərbi potensialını artıran müqavilələr bağlayaraq, özlərini ekzistensial müharibəyə hazırlaşdırdılar. İkinci Artsax\Qarabağ müharibəsinin postmüharibə dövründən sonra ələ keçirilən yeni ərazilərdə isə Azərbaycan iqtidarı böyük qayıdış üçün Qarabağa milyardlar ilə manat vəsait ayırmağı bacardı.

Petro-kleptokratik (yun: “Petro” xammal, “Klepto” ailə, “Kratos” isə hakimiyyət deməkdir. “Xammal gəlir, ailə isə bölür”) avtoritar Azərbaycan hakimiyyəti illərcə ələ keçirmək istədiyi ərazilərə sahib olması üçün fövqəldövlətlərin siyasi oyununa daxil olmağı bacararaq, öz hərbi potensialını artırdı. Daha əvvəl bildirildiyi kimi, Eurostat məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598,853 milyon avroya (il ərzində 4 dəfə artım) təbii qaz idxal edib. 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib. Bundan əlavə, Fələstin dövlətini işğal etmiş sionist İsrail dövləti ilə Azərbaycanın hər sahədə əlaqələri genişlənir, müharibə zamanı itirilən hərbi texnika boşluqları sionist dövlətin köməyi ilə doldurulur [13], iqtisadi əlaqələr daha da böyüyür.

İlham Əliyev və Tayyip Ərdoğan tərəfindən irəli sürülən, Naxçıvan Muxtar Respublikasını (NMR) Azərbaycanla birləşdirəcək “Syunik koridoru” və ya “Zəngəzur koridoru” transport proyekti isə İranı hədsiz dərəcədə narahat edir. Rəsmi Bakı erməni Syunikinə həsrətlə baxır. Buna səbəb isə ən böyük molibden ehtiyatları və zənginləşdirilmiş mədən metallarının olmasıdır. Üstəlik “Syunik dəhlizi” türk kapitalistlərinə bütün Zaqafqaziyada öz nüfuzlarını uğurla inkişaf etdirməyə və orada möhkəmlənməyə imkan verəcək, həmçinin Xəzər dənizinə və Orta Asiyaya çıxışı təmin edəcək. Koridorun əks halda verilmədiyi təqdirdə, Azərbaycan-Türkiyə birgə hərbi əməliyyatların Ermənistan və DQR-da keçirilməsi təhdidi ilə üzləşəcək. İran üçün isə nəqliyyat kommunikasiyalarını şaxələndirmək üçün şimalda Ermənistanla sərhədlərin saxlanması vacibdir. İran özü Ermənistana hərbi əməkdaşlıq təklif etsə də, rəsmi Yerevan İran tərəfi kənara itələyir. Ermənistan bu siyasi addımı Qərb dövlətləri tərəfindən Ermənistana qarşı sanksiyalar tətbiq oluna biləcəyindən atır və bu təhlükəni özündən uzaqlaşdırır.

Dağlıq Qarabağ Respublikasının müdafiəsi üçün isə 26 ildən çoxdur ki Ermənistan Respublikası, o cümlədən erməni oliqarxiyası tanınmamış dövlətin tərəqiyyatı üçün heç bir addım atmadı. Azərbaycan Respublikası fövqəldövlətlər ilə diplomatik münasibətləri genişləndirəndə, qlobal bazarın xammal tələbatını ödəyən və orduda subeyktiv-obyektiv transformasiyaya tərəqiyyatına gətirən Azərbaycan höküməti qarşısında DQR-nın imtiyazlı elitası bütün müasirləşmə proseslərindən geri qaldı. Nəticədə isə Artsax kəndli və işçisi hakim təbəqənin maraqları ücbatından həyatlarını birdəfəlik itirdilər.

DQ-da yaşayan 32 yaşlı jurnalist-frilanser David Eqiazaryan DOXA jurnalına verdiyi müsahibədə deyir:

“Şəhərin ümumi əhalisinin bir faizini təşkil edən Karvaçardan 8 nəfər öldü. Onlardan dördü mənim keçmiş tələbələrim idi. Aralarında ağır yaralılar da var idi, amma mövqelərimiz güclü idi.

[Müharibə zamanı] narahat olsaq da, tam səmimi deyirəm ki, qorxu yox idi. Hətta son günlərdə nə baş verdiyini bilirdik və əmin idik ki, bir-iki həftədən sonra düşmənin gücü tükənəcək və əks hücuma keçəcəyik.

Amma Putinin himayəsi ilə hansı müqavilənin imzalanacağı barədə heç bir təsəvvürümüz yox idi. Noyabrın 10-da axşam saatlarında, biz bu üçlü haqqında artıq xəbər tutmuşduq. Bir sənədə görə şəhərin təhvil verilməsi məni şoka saldı. Müharibə boyu müqavimət göstərən və bir santimetr [torpaqdan] əl çəkməyən Karvaçarı bir kağız parçası verdik.” [13]

Eyfel qülləsi və Kreml divarı Stepanaketrdə

DQR-nın prezidenti Arayik Harutyunyan dəfələrlə “Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayıb və olmayacaq” fikrini bildirib. Bundan əlavə, onun fikrinə görə, Azərbaycan hakimiyətinin aqressiyasına qarşı beynəlxalq təhlükəsizliyi sığortalayacaq strukturların bacarsızlığı nəticəsində bu gün DQ blokada şəraitində böhrandadır. Nikol Paşinyan adminstrasiyasının Artsaxı/Qarabağı, o cümlədən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayması, DQR adminstrasiyasının qəzəbinə tuş gəlib. Dağlıq Qarabağ sakinləri Ermənistan prezidentinin bu sözləri ilə tamamilə razılaşmayaraq, Artsaxın maraqlarını müdafiə edə biləcək beynəlxalq hüquq mexanizminə və qlobal fövqəldövlətlərin dəstəyinə inanırlar. DQ sivil cəmiyyəti Ermənistanın bu cür mövqeyindən sonra, Nikol Paşinyanın DQR-da yaşayan ermənilər üçün hansısa addımların atılmasına daha da şüphəli yanaşmağa başlayıb. Fransa prezidenti Emmanuel Makron çıxışlarının birində “Mən Artsax məsələsində Paşinyandan da Əliyevə daha çox təzyiq edirəm. Məsələnin özü isə Paşinyandadır”- deyə bildirib. [19]

Öz növbəsində Fransa Dağlıq Qarabağ Respublikası və Ermənistan tərəfi ilə aktiv əlaqələrini daha da inkişaf etdirir. Azərbaycan hakimiyyətinin blokada aktından sonra Fransa tərəfi qəti şəkildə bu addımı pisləyərək, Laçın/Berdzor koridorunun açılmasını tələb edib.[14] Bundan əlavə, Fransa humanitar yardımın DQR-na çatdırılması, suni əngəllərin aradan qaldırılması və xüsusi humanitar dəstəyin verilməsi üçün Ermənistan və Stepanakertin rəsmi nümayəndələri ilə görüşdə öz dəstəyini bildirir.[15][16][17][18] Dağlıq Qarabağ adminstrasiyası isə Ermənistanın Azərbaycana qarşı ifrat kompramis siyasətini görərək, Fransanın Azərbaycana qarşı tələblərinə arxalanaraq Paşinyan tərəfi ilə müqaisədə, Makronun siyasi xəttinə daha inamla inanır.

Avropa İttifaqı və ABŞ vasitəçiliyi ilə Bakı-Stepanakert rəsmi danışıqlar prosesinin başlanması üçün maraqlı təkliflər irəli sürülür. Bundan əlavə, regionda Çin, Pakistan, İran, Almaniya və Hindistanın aktivliyi artmaqdadır. Gələcək proseslərdə rəsmi Bakı-Stepanakert və onun vasitəçisi olan xəttin yaradılması hələ ki real görünmür. Burada Kremlin rolu da hədsiz böyük hesab edilir.

Putin Rusiyasının siyasi xətti özlüyündə anti-Qərb, o cümlədən Ermənistana qarşı antipatik mövqe ilə fərqlənir. Regiona 2025-ci ilə kimi yerləşən işğalçı Rusiya sülhməramlı kontingenti dəfələrlə Azərbaycan-Ermənistan-Stepanakert toqquşmaları üçün şərait yaradıb. Gürcüstan, Abxaziya və Osetiya münaqişəsi dondurulmuş münaqişələr keysinə daxil olanlar sırasındadır. Bu nəticədən yola çıxaraq anlaya bilərik ki, Rusiyaya bu gün Dağlıq Qarabağ münaqişəsinin dondurulması Abxaziya və Osetiya məsələsi qədər sərfəlidir. Azərbaycan tərəfindən Artsaxın/Dağlıq Qarabağ Respublikasının blokadası humanitar yardımın DQR-na çatmaması ərzaq və dərman böhranına və digər iflasedici səbəblərə gətirib çıxarır. Buna baxmayaraq, Rusiya sülhməramlı işğalçıları Azərbaycan tərəfə heç bir müdaxilə etməyiblər. Əksinə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, 2 avqust 2023-cü ildə keçirdiyi brifinqdə Nikol Paşinyanı tənqid edərək Putin işğalçılarının regionda qalmasını mütləq hesab edib. Bundan əlavə, Rusiya tərəfi həmişə Nikol Paşinyan adminstrasiyasını “Rusiyaya qarşı Qərb mövqesi” adlandıraraq münaqişənin həll edilməsi üçün “lazımsız tərəflərin qoşulmasını” lazımsız hesab edir. [19] Göründüyü kimi, Rusiya tərəfi münaqişənin transformasiyası üçün yox, öz imperialist maraqlarına dair passiv sülhün (Sülh – zorakılığın hər formasının aradan qaldırılmasına çalışan iştiraklı və qeyri-zorakı bir prosesdir. Sülh təkcə müharibənin və zorakılığın olmaması (neqativ sülh) deyil, həmçinin zorakılığı yaradan siyasi, iqtisadi və sosisal strukturun (pozitiv sülh) aradan qaldırılmasıdır) [20] qorunaraq gələcək illərə kimi sülh müqaviləsinin (Bu anlayış haqqında mövqe bölməsində geniş müzakirə edəcəyik) imzalanmasına mane olmaqdır. [21]

Bir tərəfdən, Azərbaycan tərəfi Qərb vasitəçiliyinin olmasını ancaq öz maraqlarına nisbətdə aparılmasını istəyir, digər tərəfdən Rusiya hər iki tərəfi Qərbin sülh əldəetmə prosesində lazımsız olduğunu bildirir, Qərb öz növbəsində Rusiyanın sülh prosesinə müdaxiləsini destruktiv hesab edərək Azərbaycandan Artsax/Qarabağ ermənilərin toxunulmaz qalması üçün qarant istəyir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, İlham Əliyevin Artsax/Qarabağ ermənilərinə qarşı soyqırımdan qəti şəkildə çəkinir, Dağlıq Qarabağ Respublikasının adminstrasiyası isə de-yure tanınmaq istəyi ilə Nikol Paşinyan adminstrasiyasının Artsax/Qarabağ ilə bağlı mövqeyi ilə razı deyil. İran isə öz növbəsində Azərbaycanın və Tükiyənin regionda dəyişiklər etməsini qırmızı xətt adlandırır. Avropa İttifaqı və ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin sülh sazişinə dair müqavilənin bağlanması üçün çalış da, Rusiya əks-hegemon fövqəlittifaqı regionda görmək istəmir. Nəticədə, güc balansı pozulur və şərtlər permanent dəyişir. Artsax/Qarabağ taleyi və status məsələsi isə hələ ki nəməlum olaraq qalır.

Dağlıq Qarabağ erməniləri və avtoritar Azərbaycan hakimiyyəti

Ekoterrorizmə yox deyərək zəhərli sionid gölünün tikilməsinə qarşı olan Söyüdlü kəndinin sakinlərinə qarşı struktural zorakılıq törədərək kəndi blokadaya almış Azərbaycan hakimiyyəti və İlham Əliyev tərəfindən Qarabağ ermənilərinə “erməniləri öz vətəndaşı kimi yaşatmaq” vədi verməsi faktları ilə qarşı-qarşıyayıq. Komandamızın subyektiv və primitiv analizinə görə, milli kimliyindən asılı olmayaraq heç bir insan öz vətəndaşına qarşı terror törədən iqtidarın vətənində yaşamaq istəməz.

Azərbaycan Respublikası demokratiya indeksində 176 ölkə arasından Burundidən sonra 157-ci yeri bölüşür. [22] Minimal əməkhaqqı reytinqində Azərbaycan 149 ölkə arasında 88-ci, [23] Freedom House hesablamalarına görə de-yure və de-fakto dövlətləri arasında Vətəndaş azadlıqlarının səviyyəsinə görə ölkələrin reytinqində Azərbaycan 209 ölkə arasında Çindən sonra 193-cü yeri bölüşür [24]. De-fakto Dağlıq Qarabağ Respublikası isə bu sırada 144-cüdür.

Sonuncu Artsax/Qarabağ müharibəsini başladan avtoritar Azərbaycan hakimiyyəti bütün reytinqlərdə Ermənistandan geri qalmasına baxmayaraq, beynəlxalq fövqəldövlətlər hələ də Azərbaycanla xüsusi əməkdaşlıqlarını strateji yönümdə aparırlar. Lakin, Dağlıq Qarabağ ermənilərinin, o cümlədən 1990-cı illərdə Syunik və Vardenisdən Azərbaycana məcburi köç etmiş etnik azərbaycanlıların və Birinci Artsax/Qarabağ müharibəsində öz yaşadığı ərazilərdən köç etmiş azərbaycanlıların taleyi hələ də nəməlum olaraq qalır. Azərbaycan hakimiyyəti öz vətəndaşının onun düşmən gördüyü ölkədə yaşamasını istəməsi reallığa uyğun görünmür. Azərbaycan vətəndaşları özləri də Ermənistanda yaşamaq istəməz. Buna görə də, münaqişə tərflərinin müsbət və pozitiv sülhə doğru köklənməsi, tərəflərin demokratik konsensus üzərindən qeyr-zorakı yolla münaqişəni idarə olunması (Münaqişənin idarə edilməsi – münaqişənin mənfi aspektlərini azaltmağa və müsbət aspektlərini artırmağa yönəlmiş prosesdir. Münaqişənin idarə olunmasının beş strategiyası var: rəqabət, münaqişədən yayınmaq, münaqişəni uzlaşdırmaq, kompromisə getmək və əməkdaşlıq etmək)[25] şərtləri daxilində münaqişənin həllinə [26] tövhə verməlidir.

Sülh quruculuğu prosesi təkcə rəsmi dövlət nümayəndələri tərəfindən deyil, həm də münaqişə tərəflərinin vətəndaş cəmiyyətlərinin (Vətəndaş cəmiyyəti – dövlət hakimiyyətinin rıçaqlarına yaxın olmayan vətəndaşlar toplusu; hökumət-dövlət və kommersiya strukturları çərçivəsindən kənar ictimai münasibətlərin məcmusu; azad vətəndaşların və dövlət orqanları tərəfindən birbaşa müdaxilələrdən və özbaşına tənzimləmələrdən, habelə digər xarici fərqlərdən qorunan könüllü şəkildə yaradılmış, qeyri-kommersiya məqsədli birlik və təşkilatların özünütəzahür sferasıdır. Vətəndaş cəmiyyətinin formalaşması onun qloballaşması və plürallaşmasıdır. Bu cəmiyyətdə sinif mübarizəsi sıfıra doğru gedir, cəmiyyətin qütbləşməsi (sinflər arasında düşmənçilik) praktiki olaraq yox olur. Fərqli sosial qruplar digər qruplarla düşmənçiliklərinə görə deyil, yalnız mədəni xüsusiyyətlərinə görə fərqli maraqlara malikdirlər. Vətəndaş cəmiyyətinin müxtəlif subyektləri öz strategiyalarını və inkişaf yollarını işləyib hazırlayırlar. Cəmiyyətin özü isə tolerantlıq, bütün sosial qruplara, siniflərə, etnik qruplara və s. praktik olurlar) [27] qeyri-zorakı komunikasiyası üçün şərait yaradılmalıdır.

Azərbaycan adminstrasiyasının Dağlıq Qarabağ erməniləri ilə danışıqlar aparması və Ermənistanla sülh müqaviləsinin bağlanması iqtidarında deyil. İlham Əliyevin oliqarx hakim elitası, Dağlıq Qarabağ erməniləri və DQR adminstrasiyası ilə danışıqlar aparması əvəzinə, yeni “anti terror” (Anti-terror – Azərbaycan Respublikası tərəfindən müharibə anlayışını əvəzləyəcək psevdo-alternativ evfemizm) əməliyyatı keçirəcəyi ilə bağlı təhdidlər edir. [29] Dağlıq Qarabağ icması ilə aparılacaq danışıqlar isə erməniləri çiçəklənən Azərbaycan (Çiçəklənən Azərbaycan – Azərbaycan Respublikasının dövlət propoqandasında istifadə edilən xüsusi populist ifadə) dövlətində yaşamağı inandırmaqdan başqa bir disskurs nizamı (Disskurs nizamı – diskursiv praktikaların sosial-mədəni müəyyənləşdirilməsi (tənzimləmə, nəzarət və məhdudiyyət) nəticəsində yaranan diskursiv mühitin spesifik tarixi vəziyyətini təyin edən postmodern fəlsəfə konsepsiyası) yaradılacaq. DQR-nın və DQ icması ilə kommunikativ əlaqələr ilk öncə ekspressiv (bax: açıq və aydın) olması, hər iki tərəfin bir-birinə qarşı tolerant və kompramis çərçivəsində azalan-artan məqsədlərə çatmağa yardımçı ola bilər. Lakin, avtoritar Azərbaycan elitası implisiv (bax: gizli və dolayısı) kontrast şəkilində dialoq apararaq özü tərəfindən yaradılmış disskurs nizamını qarşı tərəfə strukturlu zorakılıq şəkilində qəbul etdirmək istəyir. Təbii ki, bütün bu əlaqələri yaradan iqtisadi münasibətlər və beynəlxalq fövqəldövlətlərə verilən vədlər də bu disskurs nizamının yaranması üçün böyük əhəmiyyət kəsb edir. Lakin, Azərbaycan hakimiyyəti anlayır ki, disskurs nizamı təkcə onun tərəfindən yox, beynəlxalq münasibətlərdə imperialist dövlətlər tərəfindən yaradılan dialoq və dövlətlərarası disskurs şəkilində yaradılaraq aparılır. Buna rəğmən, Azərbaycan tərəfinin maksimalist tələblərinin bir qismi və ya bir çoxu iflasa uğraya bilər.

Ermənistan və DQR ikili münasibətlərinə gəldikdə, Ermənistan-Azərbaycan münasibətlərinin yenilənməsini istəyən Nikol Paşinyan, DQ adminstrasiyasına qarşı soyuq davranır. İyulun 25-də Moskvada Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar keçirilmişdir. Onların nəticələrindən sonra Sergey Lavrov bildirib ki, Ermənistan beynəlxalq öhdəliklər və milli azlıqların hüquqları kontekstində Dağlıq Qarabağı Bakı ilə əlaqə saxlamağa razı salmağa hazırdır. Belə bir bəyanat, DQR-nın de-fakto suverenliyini itirməsi deməkdir. Dağlıq Qarabağ Respublikası Ermənistandan Sergey Lavrovun bəyanatını təkzib etməyi tələb edib. Bundan sonra DQR tərəfi Ermənistanı Azərbaycanla münasibətləri stabilləşdirmək üçün DQ ermənilərindən belə keçəcəyini açıq şəkildə deməsini istəyib. Ermənistan Xarici İşlər Nazirliyi Lavrovun bəyanatını təkzib edib, lakin bunu DQR hakimiyyətinin müraciətlərinə deyil, medianın sorğularına cavab olaraq edib. Respublika nümayəndələri hətta Yerevan hakimiyyətinin onlarla əlaqəni demək olar ki, dayandırdığını iddia edirlər.

Nikol Paşinyan adminstrasiyası DQ məsələsini yüksək qaranti əsasında Azərbaycana buraxması, Avropa İttifaqına transformativ inteqrasiyası anlamına da gələ bilir. Avropayönümlü və liberal populist “Mənim Addımım İttifaqı”nın Rusiyanın və Azərbaycanın təyziqi altında Avropa İttifaqına inteqrasiya edilməsi, təkcə Artsax\Qarabağ məsələsi ilə bitmir. Ermənistan iqtisadiyyatının Rusiyadan asıllığı, Yerevandan 126 km şimalda yerləşən 102-ci Rusiya hərbi bazası, Dağlıq Qarabağ məsələsinin həllindən sonra Ermənistandan baş verən iğtişaşlar və sülh müqaviləsinin şərtləri, Azərbaycan tərəfinin maksimalist tələbi olan “Syunik dəhlizi” məsələsi, gələcəkdə Ermənistan-Azərbaycan iqtisadi və siyasi sferasında qarşılıqlı əməkdaşlıq və inteqraiya prosesi və s. kimi amillər bu məsələdə əsas rolu oynayır.

Bu gün isə Dağlıq Qarabağ ermənilərini və DQR-nın status məsələsini avtoritar Azərbaycan hakimiyyətinə buraxmaq və DQR adminstrasiyasına qarşı etinatsızlıq edərək vasitəçilər ilə qarşı tərəflə münasibətdə sözügedən adminstrasiyası üzvlərinin dəvət edilməməsi, gələcəkdə hansı tərəqiyyata və fəsadlara gətirəcəyi hələ ki sual altındadır.

ANTİDOQMA komandasının mövqeyi

Azərbaycan Respublikasının və onun prezidentinin etnosimvolik (Etnosimvolizm – Etnosimbolistlər hesab edirlər ki, millətçiliyin kökü iqtisadiyyatla yanaşı, etnik mənsubiyyətdir) irredentist (İrredentizm (bax: azad edilməyən) – etnik birləşmədə ifadə olunur ki, bu da irredentin yaşadığı ərazilərin onların etnik qrupunun çoxluq təşkil etdiyi titul dövlətlə yenidən birləşməsi məsələsini ortaya qoyur) milli kimliyi (Milli kimlik və ya milli identiklik – “mənəvi adət-ənənələri, mədəniyyəti və dili ilə təmsil olunan vahid bütövlükdə xalq” hissidir) [29] heydərizm (Heydərizm – 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan siyasətinin və cəmiyyətinin mühüm hissəsinə çevrilən Heydər Əliyev, 2003-cü ildə vəfatından sonra, oğlu İlham Əliyevin yerinə keçməsi ilə davam etdi. [30][31] Keçmiş Sovet Siyasi Bürosunun üzvü və 1969-1987-ci illərdə Sovet Azərbaycanının rəhbəri olmuş Əliyev 1993-cü ildə Azərbaycan prezidenti oldu. Sonra o, ailə və klan üzvlərinə, neft gəlirlərinə və himayədarlığına çox arxalanaraq, diqqətlə avtokratik sistem yaratmağa başladı. [32] Heydər Əliyevin öləndən sonra, Azərbaycanın frontmeni olaraq İlham Əliyev dövlətin başına keçərək atası Heydər Əliyevi “Azəri xalqının ümummilli lideri” kimi təqdim etdi. [32]) dövründən bu günə kimi Azərbaycanın post-heydərist reallığının məfkurəsi hesab edilir.

Əsrlər boyu qan dəryasını yaratmış bu münaqişənin tarixi heç bir zaman qarşılıqlı maraqların əldə edilməsi (Win-Win – Beynəlxalq münasibətlərdə və münaqişə nəzəriyyəsində münaqişədən sonra tərəflərin danışıqlar zamanı istədikləri maraqları əldə etməsi) ilə əldə edilə bilməz. Dünya kapitalist sistemi qlobal bazarda maksimim dəyər və mənfəət qazanmaq üçün yaradılan bir sistemdirsə, amerikalı sosioloq, politoloq və neomarksist filosof, dünya sistemi nəzəriyyəsinin banilərindən biri, müasir solçu sosial fikrin aparıcı nümayəndələrindən biri olan İmmanuel Uoellerşteynə istinad edərək ancaq bir neçə cümlə elə belə izah etmək olar:

“Kapitalist dünya iqtisadiyyatının əsas xüsusiyyəti… bazarda satılmaq və mənfəəti artırmaq üçün istehsaldır. Belə bir sistemdə istehsal gəlirli olduğu müddətcə genişlənir və insanlar daim mənfəət sürətini artıran yeni istehsal üsullarını tətbiq edirlər”.

Dünya kapitalist sistemi düynya iqtisadi mərkəzlərinin maraqlarını ifadə edən və bir neçə tərəfin qələbəsini təmin edəcək, digər tərəfin isə məğlubiyyətə uğradacaq bir dərin-dünyəvi sistemdir. Azərbaycan və Ermənistanın Qafqaz regionunda periferiya (İqtisadi periferiya – kənar, bir şeyin xarici hissəsi, mərkəzə qarşı və dünya fövqəldövlətlərindən geridə qalan ölkə ) roluna malikdir. Buna baxmayaraq, Azərbaycan Respublikası dünya bazar sistemində fövqəldövlətlərin maraqlarını qarşılayacaq transdövlətdir (Transdövlət – fövqəldövlətlərin və tranmilli şirkətlərin marağını ödəyən, beynəlxalq müqavilələr əsasında regionda əmtəələrin daşınması üçün “iqtisadi yol” (quru, hava və dəniz yolları) açma və təbii resursların mərkəz ölkələrə mənfəət əsasında ixracı). Dünya iqtisadiyyat sisteminin bazarında uneversal quruluşa malik olan Azərbayan Respublikası, Ermənistanla müqaisədə demokratikləşmə ehtimalı daha çox idi. Lakin, tarix bizə tamamilə əksini göstərərək, Azərbaycanı siyasi aktor kimi aqressiv-avtoritar rejim və militarist dövlətə çevrildiyini göstərdi. Azərbaycanda sıx etnik millətlərin və dinlərarası icmaların olmasına baxmayaraq, Azərbaycan hakimiyyəti bu münasibətləri vahid total məfkurə ətrafında birləşdirən yalançı şüur (Yalançı şüur – sinfi münasibətlərin obyektiv şəkildə müəyyən edilmiş təsvirini ifadə edən marksist konsepsiyanın “baş ayaq fırladılması”) əsasında insanları formalaşdırır. Struktural və birbaşa zorakılıq dövlətinə sahib olan iyerarxik avtoritar Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının rifahını və təhlükəsizliyini qoruya bilməyərək, öz müqəddaratını təyin etmək istəyən Dağlıq Qarabağ xalqına vədlər verməsi, qarşı tərəfi heç bir zaman razı sala bilməyəcək.

İllərlə de-fakto Dağlıq Qarabağ Respublikasının və Ermənistan Respublikasının hakim elitasının iqtisadi və hərbi müasirləşmədən geri düşdüyünə görə müharibədə DQR ərazisinin 8.262 km² [33] və ordusunun 3825 nəfərini [34] Azərbaycan Respublikası tərəfindən başlamılan müharibə zamanı itirmişdir. İndi isə DQR-nın vəziyyəti kritikdir və Azərbaycan tərəfindən yaradılan blokada ucbatından mülki əhali ərzaqsız, yanacaqsız, yetərincə təmin edilməyən geyimsiz və dərmansızdır. Hadisələrin gedişatına rəğmən göründüyü kimi, Azərbaycan tərəfi qışa kimi blokadanı uzatmaq məqsədi güdür. Azərbaycan diplomatiyasının iflası və məğlubiyyətindən sonra hərbi potensialını 2020-ci ildə istifadə edən İlham Əliyev, bundan sonra yüngül güc əvəzinə daha da kəskin gücdən istifadə edəcək.

ANTİDOQMA komandası olaraq qeyd etmək istərdik ki, Dağlıq Qarabağ Respublikasının blokadadan çıxması üçün mütləq şəkildə DQR adminstrasiyası Nikol Paşinyan hakimiyyətinə yetərli diplomatik təyziq göstərməli, DQR-nın tərəflər arasında olan görüşlərdə DQ adminstrasiyasının iştrakını və beynəlxalq arenada Ermənistanın dünya ictimaiyyətinə humanitar krizis haqqında aktiv və davamlı təbliğatını həyata keçirməyi üçün tələb edərək, Dağlıq Qarabağ Respublikasında olan blokada şəraiti ilə əlaqədar öz narahatlığını bildirən dövlətlərə avtoritar və antidemokratik Azərbaycan Respublikasına bəyanat və nota verməsini xahiş etməlidir.

Öz növbəsində, Ermənistan vətəndaş cəmiyyəti bu tələblər üçün sərbəst toplaşmaq azadlığından və söz azadlığından istifadə edərək etiraz aksiyaları, mitinqlər, piketlər və yürüşlər keçirərək təşkilati formada Nikol Paşinyan hakimiyyətinə və yetərincə praktiki addımlar atmayan dünya erməni icmasına tələblər irəli sürməlidirlər. Ermənistanın sivil cəmiyyətinin əsas məqsədlərindən biri də, işğalməramlı Putin hərbi qüvvəsinin regionda olan haqqızlıqlara qarşı çıxmasını tələb etməlidir.

Heç bir avtoritar hakimiyyət bu günə kimi qazandığı uğurlara sahib çıxa bilməyərək itirmişdir. Bugünkü mürtəce və antihumanist Azərbaycan dövlətinə qarşı bu konkret mövqeyimiz, inqilabi məğlubiyyətçilik (İnqilabi məğlubiyyət – Birinci Dünya Müharibəsində Vladimir Leninin ən məşhur konsepsiyası. Bu, sinfi mübarizənin marksist ideyasına əsaslanır. Proletariatın kapitalist müharibəsində qalib gələ bilməyəcəyini və ya qalib gələ bilməyəcəyini iddia edən Lenin, onun əsl düşməninin aşağı təbəqələrini döyüşə göndərən imperialist liderlər olduğunu bildirdi. O, müharibəni vətəndaş müharibəsinə, sonra isə beynəlxalq inqilaba çevirmək mümkün olsa, işçilər xalqlarının məğlubiyyətindən daha çox faydalanacaqlarını iddia edirdi) konsepsiyasına arxalanır.

Azərbaycan Respublikasının hakim idarə təbəqəsinin özünə görə saydığı “qələbələri”, bu gün ağır iş şəraitində işləyən, evi olmayan, təhsil ala bilməyən, səhətinə nəzarət edə bilməyən, qidalana bilməyən, cinsinə, irqinə, kimliyinə qarşı disskriminasiyaya və zorakılığa məruz qalan, qadın olduğuna görə öldürülən, siyasi və ideoloji spektoruna görə dövlət və cəmiyyətin mühafizəkar təbəqəsinin birbaşa zorakılığına məruz qalan, müharibədə iştrak edərək dövlət tərəfindən diqqət göstərilməyən rifahı tənəzzülçü səviyyədə olan vətəndaşların qələbəsi sayıla bilərmi?

Bu faktlara arxalanaraq qeyd etmək istərdik ki, Azərbaycanda, Ermənistanda, Dağlıq Qarabağ Respublikasında yaşayan tərəqiyyatçı görüşlərə sahib olan intellektual subyektlər və vətəndaş cəmiyyətləri radikal demokratiyanın (Radikal demokratiya – bərabərlik və azadlığın radikal şəkildə genişləndirilməsini müdafiə edən bir demokratiya növüdür. [35] Radikal demokratiya, demokratiyanın natamam, əhatəli, davamlı və əks etdirən proses olduğu fikrindən sonra bərabərlik və azadlığın radikal şəkildə genişləndirilməsi ilə məşğul olur. [36]) mütləq aspekti hesab edilən internet üzərindən fikir platforması yaradaraq, antidemokratik quruluşun blokada şiddətinə qarşı kompaniyalara başlamalı və beynəlxalq ictimayyətə öz mövqeyini sərgiləməlidir. Bundan əlavə, hər iki millət arasında olan münaqişənin dayandırılması üçün hər iki xalq daxilində müşavirə demokratiyasının (Radikal demokratiyanın müşavirə demokratiyası – konsensusun və ünsiyyətin siyasətin mərkəzində olduğu radikal müşavirə demokratiyası. Müzakirənin keyfiyyətinin yüksəldilməsi istəyinə ictimai iştirakla nail olmaq olar. Belə olan halda nümayəndələr və qanunvericilər öz seçicilərinin maraqlarını müdafiə etmək istəyindən daha çox arqument və müzakirələrə diqqət yetirirlər. Ağıllı müzakirəyə diqqət yetirməklə, ayrı-ayrı iştirakçıların maraqları kifayət qədər təmsil oluna bilər [37]) qurulması və iqtisadi münasibətlərdə mərkəz şəhərdə zəhmətkeşlərin, periferik zonalarda kəndli zəhmətkeşlərin, müharibə zamanı fiziki məhdudiyyətli olan insanları, fundamental və ali təhsil ala bilməyənləri, kimliyinə, millətinə, cinsinə və genderinə görə disskriminasiya edilənləri – sol-kəsişmə nəzəriyyəsi (Sol-kəsişmə nəzəriyyəsi – təzyiq, hökmranlıq və ya ayrı-seçkiliyin müxtəlif forma və ya sistemlərinin sinfi yönümdən kəsişməsinin öyrənilməsidir) siyasi məntiq əsasında Azərbaycanın siyasi və iqtisadi hakimiyyətinə qarşı təşkilatlandırmaq labüddür.

ANTİDOQMA komandası Azərbaycanın antidemokratik quruluşu tərəfindən yaradılan suni blokada və böhrana qarşı Dağlıq Qarabağ xalqı ilə həmrəyliyimizi bildirərək, Azərbaycan dövlətini repressiv və etnik terrora son qoymasını tələb edir, Azərbaycan vətəndaş cəmiyyətini avtoritar Azərbaycan hakimiyyətinə qarşı panel platformaların yaradılması üçün təşəbbüs göstərilməsini təklif edir.

ANTİDOQMA komandası öz müqəddəratını təyin etmək hüququ prinsipi ilə yanaşı, “xalqların bərabər hüquqlu və öz müqəddəratını təyinetmə prinsipinə hörmət əsasında millətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək” məqsədi daşıyan BMT Nizamnaməsində elan edilməsinə arxalanır. Dövlətlər arasında iqtisadi və sosial əməkdaşlığın inkişafı ilə bağlı BMT Nizamnaməsində də eyni məqsəd qoyulmuşdur. Lakin, erməni xalqı Azərbaycanın avtoritar hakimiyyəti ilə yaşamaq istəmədiyi üçün millətlər arasında dostluq münasibətləri inkişaf edə bilməz. Bunun üçün də, mütləq şəkildə komandamız tərəfindən irəli sürülən təkliflər nəzərə alınaraq praksisə doğru addımlamalıdır!

Mənbələr və istinadlar:

[1] Eurasianet – Азербайджан: с авторитарного режима слетает последний налет демократии

[2] Letizia Leonardi. Artsakh – Sta per compiersi un genocidio annunciato da tempo // Assadakah. — 2023. — 27 июля.

[3] https://doxa.team/articles/nagorno-karabakh-blockade

[4] https://twitter.com/CICR_fr/status/1683873483867013120?t=oHvtdFh7eKUoeXwgJqSfFQ&s=19

[5] Родственникам умершего жителя Степанакерта пришлось похоронить его в Ереване

[6] Chapple, Amos. Deaths, Mass Protests As Nagorno-Karabakh Blockade Tightens, Radio Free Europe/Radio Liberty (18 июля 2023).

[7] The death of children in Nagorno-Karabakh is a consequence of the Azerbaijani blockade. FM Mirzoyan

[8] Johan Vincent Galtung – Violence, Peace and Peace Research (1969).

[9] https://www.instagram.com/p/Cve7ZUMtFav/?igshid=MzRlODBiNWFlZA==

[10] https://www.feministpeacecollective.com/terminologiya

[11] Hardt and Negri 2000, p. 272.

[12] https://interfax.az/view/895710

[13] https://doxa.team/articles/nagorno-karabakh-blockade

[14] https://www.france24.com/en/asia-pacific/20230428-france-calls-on-azerbaijan-to-reopen-humanitarian-corridor-with-armenia

[15] https://twitter.com/O_Decottignies/status/1687159944531845120?t=AE5Q-SHeBQ1DpV9Tp2PpAA&s=19

[16] https://twitter.com/O_Decottignies/status/1687060889843703808?t=ygpW4vmoq44UIHXqPIyPZw&s=19

[17] https://twitter.com/O_Decottignies/status/1687201637470027776?t=Q3wWZ683Shqd1XeKlCLxLg&s=19

[18] https://twitter.com/mfankr/status/1684624185937547264?t=inH7fVyDJ3P1bxMR7ZoxNw&s=19

[19] https://www.instagram.com/p/CvepMmwITBq/?igshid=MzRlODBiNWFlZA==

[20] https://www.feministpeacecollective.com/terminologiya

[21] https://www.instagram.com/p/CvhJjsLowS4/?igshid=NTc4MTIwNjQ2YQ==

[22] https://www.democracymatrix.com/ranking

[23] https://nonews.co/directory/lists/countries/minimum-wages

[24] https://nonews.co/directory/lists/countries/civil-freedom

[25] https://www.feministpeacecollective.com/terminologiya

[26] https://www.feministpeacecollective.com/terminologiya

[27] https://www.feministpeacecollective.com/terminologiya

[28] Основные этапы и характерные черты современного гражданского общества
https://www.youtube.com/watch?v=UWBOb95xrP0

[29] Искусство и цивилизационная идентичность / [отв. ред. Н. А. Хренов]; Науч. совет РАН «История мировой культуры». — М.: Наука, 2007. — 603 с.

[30] Kucera, Joshua (May 20, 2008). “Travels in the Former Soviet Union. Entry 2: The Cult of Heydar Aliyev”. Slate. Retrieved September 23, 2012.

[31] “Azerbaijan: Turning Over a New Leaf?”. Baku/Brussels: International Crisis Group. April 13, 2004. Archived from the original on September 2, 2012. Retrieved September 30, 2012.

[32] Day, [edited by] Alan J.; East, Roger; Thomas, Richard (2002). A political and economic dictionary of Eastern Europe (1. ed.). London: Europa Publications. p. 16. ISBN 1-85743-063-8.

[33] Пашинян назвал потери Армении при обострении конфликта в Карабахе

[34] https://doxa.team/articles/nagorno-karabakh-blockade

[35] Dahlberg, Linkoln; Siapera, Evgenia – Radical democracy and Internet (2007)

[36] Dahlberg, Linkoln; Siapera, Evgenia – Radical democracy and Internet (2007)[37] Cohen, Joshua; Fung, Archon – Project of radical democratsDemokratik

Bir şərh yazın

WordPress.com Bloqu.

Yuxarı ↑

Design a site like this with WordPress.com
Başla: