Azərbaycan camaşırxanası və ənənəvi (stalinist) bolqar solunun siyasi ölümü – Georgi Kolarov

“Azərbaycan camaşırxanası” (“Azerbaijani laundromat”) 2017-ci ilin sentyabrında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) bir hissəsi kimi ifşa edilmiş mürəkkəb çirkli pulların yuyulması əməliyyatıdır[1]. İstintaq göstərdi ki, iki il ərzində, 2012-ci ildən 2014-cü ilə qədər Avropa şirkətləri və bankları vasitəsilə təxminən 2,9 milyard ABŞ dolları köçürülüb[2][3]. Bu pullar Azərbaycanın xaricdə reputasiyasını bərpa etmək üçün avropalı siyasətçilərə rüşvət vermək üçün istifadə olunub[4][5][6][7].

Bolqarıstan Kommunist Partiyasının (BKP) varisləri bütövlükdə Bolqarıstan Sosialist Partiyasına (BSP) keçdilər və ideoloji münasibətlərini bir az dəyişərək, yeni reallığa uyğunlaşa bildilər. Onlar qərbyönlü oriyentasiya ilə zəngin postsovet respublikaları ilə iqtisadi əlaqələri birləşdirir. Həmən ölkələrdən biri Azərbaycan Respublikasıdır.

Bolqarıstan siyasətçilərinin, diplomatlarının, alimlərinin, jurnalistlərinin aclıqdan əziyyət çəkən Azərbaycan xalqı hesabına necə varlanması ilə bağlı ifşalar əvvəllər də dərc olunub. Bu hekayələr insayderlər üçün sirr deyil. Amma indiyə qədər yalnız Bolqarıstan Respublikasının Londondakı Avropa Bərpa və İnkişaf Bankındakı nümayəndəsi Kalin Mitrevanın adı üzə çıxıb. Ancaq bu, aysberqin yalnız görünən hissəsidir. Satrap İlham Əliyevin və onun ailəsinin beynəlxalq nüfuzunu yüksəltmək ehtiyacından sui-istifadə edən bütün digər şəxslərin adları da ifşa olunacaq. Onlar isə Bolqarıstanı Azərbaycan səviyyəsinə endirirlər.

Dostlarını qidalandıran Bakı rejimi bolqar sol elitasını öz geosiyasi istəklərinə tabe etdirmək üçün onu maliyyə və iqtisadi asılılığa saldı. Bakı sonunda buna müvəffəq oldu.

Bakıdakı kimi cinayətkar rejim də öz haqqı uğrunda mübarizə aparanları sıxışdırmaqdan çəkinmir. Nə qədər ki, neftin qiyməti yüksək idi, ölkə öz sarsıdılmış imicini saxlamaq üçün milyardlarla dollar xərcləyə bilərdi. İndi isə pul azdır.

Bakıdakı totalitar rejimin lehinə illərdir aparılan piar kampaniyasının pulunu isə Kalin Mitrev, onun bəzi ailə üzvləri və yaxın ətrafı, xüsusilə qlobal miqyasda öz himayəsində olan beynəlxalq təşkilatları cəlb edənlər, yaxud da öz nüfuzları və statusları ilə Bakı rejiminin aktiv tədbirlərini qanuniləşdirirlər ödəyəcək.

Kalin Mitrevin həyat yoldaşı İrina Bokova (Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən “UNESCO”nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır) Bakıda rejimin populyarlaşması üçün kifayət qədər iş görüb. Çox güman ki, İrina Bokova “Sivilizasiyaların dialoqu. Siyasi partiyaların təcrübəsi” formunda iştrak etdiyi üçün tərəflər onu yüksək qiymətləndiriblər. Bu münasibətlə, 23.04.2012 tarixində Ermənistan Respublikasının keçmiş baş naziri, indi Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyan bir dəfə demişdi: “Bakı bu platformadan dialoq üçün yox, ajiotaj üçün istifadə edir, eyni zamanda Ermənistanı gözdən salmağa çalışır. Azərbaycan tərəfindən belə gedişlərə son qoyulmalıdır. Naxçıvanda Azərbaycan hakimiyyəti çoxlu xaçkarları (haçları) məhv etdi ki, bu da sivilizasiyaya qarşı cinayətdir”. Yəqin ki, onun qardaşı, Ermənistanın Sofiyadakı səfiri Armen Sarkisyan da belə düşünür. Deməli, tezliklə diplomatik qalmaqalın qarşısını almaq mümkün olmayacaq.

Həm Kalin Mitrev, həm də ətrafı onun və həyat yoldaşı İrina Bokovanın adlarının hallandığı media nəşrlərini yoxlamaqdan qaça bilməyəcəklər. Respublikanın baş prokuroru Sotir Tsatsarov artıq bu faktların yoxlanılması barədə göstəriş verib. Görək nə sübut olunacaq. Mümkündür ki, günahkarlar əvəzini verə bilsin. Bəli, bu hadisələr Bolqarıstan Respublikasında baş verir.

Keçən il hamımız: bolqar solçuları, Rusiyanın dostları, kommunistlərin övladları, beş dəqiqə olmadan BMT-nin baş katibi olmayan “YUNESKO”nun baş katibi İrina Bokovanın kampaniyasını səmimi şəkildə dəstəklədik. Düzdür, hələ o zaman onun Azərbaycana qarşı səxavətli jestləri ilə bağlı həyəcanlı siqnallar səslənirdi: məsələn, tanınmış müğənni, Azərbaycanın keçmiş mədəniyyət naziri, Moskvadakı səfir Polad Bülbüloğlunun “YUNESKO”nun varisi kimi namizədliyinin irəli sürülməsi. Polad Bülbüloğlunun mədəniyyət naziri kimi Artsax və Naxçıvanda bir sıra xaçkarların (erməni xaç daşlarının) dağıdılmasına görə əsas məsuliyyət daşıyır. Həmən Polad Bülbüloğlu Artsax ermənilərinin soyqırımına çağırır.

Əgər Bokova Ban Ki Munun yerini tutsa idi, o seçilə bilərdi. O zaman hamımız onun aldandığını düşündük. Baxmayaraq ki, ola bilsin, əri onu real gəliri ilə bağlı çaşdırıb: o, artıq mediaya etiraf edib (bəlkə də bundan xəbəri olmayıb, heç olmasa Bolqarıstan və dünya mediası qarşısında belə iddia edir) məsləhətləşmələr üçün hidrotexniki sahədə (Bəli, siz tamamilə düz oxudunuz. Hidrotexniki sahədə!) 425 min avro aldığını etiraf edib. Kalin Mitrevin su anbarında dincəlməsi ehtimalı azdır. Kalin Mitrvin kimi zəngin insanlar su anbarının ətrafında yox, məhz bahalı dəniz və xizək kurortlarında istirahət edirlər.

Bolqarıstanda kişilər arasında belə bir anlayış var: “Mən də insanam!”. Bu o mənaya gəlir ki, kişi həyat yoldaşına bütün gəlirləri bəyan etmir. Gizlənilən pullar isə bir kənarda yığılır. Bu, artıq Mitrevlər ailəsinin şəxsi işidir. Bununla belə, AB-də gəlirin sübut olunmamış mənşəyi çox sərt şəkildə cəzalandırılır. 425 min avro isə yumşaq desək, xeyli məbləğdir. Belədirsə, bəs bu pulları onlara niyə veriblər?!

“Sivilizasiyaların dialoqu” forumunda post-kommunist Bolqar solunun ən tanınan personajları iştirak edirdi. İstintaq sübut etsə ki, onların Azərbaycana səfəri “qardaş Azərbaycan xalqı” ilə dostluğu və əməkdaşlığı gücləndirmək istəyi ilə deyil, bahalı hədiyyələr almaq və bank hesablarının doldurulması ilə bağlı olub, onda məlum olacaq ki, post-kommunist solçu partiyalar siyasətçilərin isə ümumən Bolqarıstanın siyasi həyatında iştirak etməyə mənəvi haqqı yoxdur: Azərbaycanın Sofiyadakı iddialı və enerjili səfiri Nərgiz Akif qızı Qurbanova (azərbaycanlı diplomat; Azərbaycanın Bolqarıstanda (2016—2021) və Polşada Fövqəladə və Səlahiyyətli Səfiri) istənilən an kompromat materialları əldə edib onlara təzyiq edə bilər.

Çox güman ki, Nərgiz Qurbanova anti-erməni qətnamənin müəllifi, bolqarıstanın keçmiş avro-deputatı Yevgeni Kirilov haqqında belələrini tapacaq. Ermənistan xarici işlər nazirinin keçmiş müavini Arman Kirakosyan 7 il əvvəl müraciətində kəskin bəyanatla çıxış edib: “Yevgeni Kirilov heç vaxt bizə gəlməyib, ölkəmiz haqqında heç nə bilmir və bu məsələ ilə bağlı qərar qəbul etməyə, yazmağa haqqı yoxdur. Bu işin çox xoşagəlməz nəticələri var. Qardaş Bolqarıstandan olan avropalı deputatın belə bir şey yaza bilməsi ictimai rəyimizi təəccübləndirir və çaşdırır. Bu kədərli faktın ikitərəfli münasibətlərə necə təsir edəcəyini təxmin edə bilmərəm, lakin diqqətdən kənarda qala bilməz”. Bu, Avropa Parlamentində anti-erməni qətnamə layihəsinin səriştəsiz hazırlanmasına dəqiq cavabdır.

Bakı ilə bağlı olan bolqar siyasətçiləri artıq siyasi, elmi və jurnalist karyeralarını başa vurublar. Bununla belə, karyeralarını bitirməyənlər də var: evli cütlük İrina Bokova və Kalin Mitrev tutduqları vəzifələrdən istefa verməli və qazandıqları pulu xərcləməlidirlər.

Əks halda, iki ən güclü post-kommunist partiyasının, Bolqarıstan Sosialist Partiyası (BSP) və Bolqarıstan Dirçəlişi üçün Alternativin (BDüA) ölümcül kompromisləri davam edəcək. Hər şeyi tənqidsiz qəbul edən köhnə davamçıları bioloji səbəblərdən ayrılırlar. Gənclər isə internetdən istifadə edir, dil bilirlər və faktları görürlər.

Aİ-də Azərbaycanın “kürü diplomatiyası” ilə bağlı araşdırma aparılır. Bunun Bolqarıstanın solçu siyasətçilərinə necə təsir edəcəyinə baxaq. Qey edim ki, onların çoxu partiya postlarını sadəcə olaraq miras yolu ilə tanıyır. Qalmaqalın 9 sentyabr ərəfəsində – 1944-cü il sosialist inqilabının 73-cü ildönümü ərəfəsində, Bolqarıstan Kommunist Partiyasının partizan dəstələri müttəfiq fermerlər, sosial-demokratlar və antifaşist hərbçilərlə birlikdə hakimiyyəti Sovet ordusunun süngülərində ələ keçirdikləri zaman baş verdi. Ola bilsin ki, bu il yubileyin sonuncu kütləvi bayramı olsun. Çünki şübhəlilərin hamısının həqiqətən də Əliyevlərin səxavətindən onun cinayətkar rejimini reklam etmək üçün istifadə etdikləri sübut olunarsa, bir ildən sonra bu tarixi tarixi qeyd edəcəklər azdır.

Bu və ya digər şəkildə 1944-cü il inqilabının varisi olan ənənəvi solçu Bolqarıstanda siyasi səhnədən aydın şəkildə yoxa çıxır. Onun rolunu tükənmiş hesab etmək olar. Növbədə trotskistlərin, alter-qlobalistlərin, sol libertarların növbəsi var. Hətta XXI əsrin sosialistləri, bu konsepsiyanın (Avtoritar sol konsepsiya nəzərdə tutulur) tam iflasa uğramasına baxmayaraq, XXI əsr sol avtoritar ideyanın vətəni olan Venesuelada xal toplayırlar. Lakin Hüqo Çavesin vaxtından əvvəl ölümü Latın Amerikasındakı keçmiş İspan və Portuqaliya koloniyalarında onun nəticələrini görməyi qeyri-mümkün etdisə, bəlkə Cənub-Şərqi Avropada bunu həyata keçirməyin vaxtı çatıb? Siyasi məkanda boşluq olan yerdə bunu görmək mümkündür.

Müəllif: Georgi Kolarov

Mənbə: Rabkor.ru

[1] Everything you need to know about the Azerbaijani Laundromat. The Guardian.

[2]  Azerbaijan accused of $2.9bn money-laundering scheme

[3]  Azerbaijani Laundromat, lo scandalo si allarga

[4] PACE – Doc. 14653 (2018) – Follow-up to the Azerbaijani Laundromat investigation

[5] The Azerbaijani Laundromat: $3 Billion Azerbaijani Money Laundering and Lobbying Scheme Exposed 

[6] Who Profited From The ‘Azerbaijani Laundromat’?

[7] The EBRD and the Azerbaijani Laundromat 

Bir şərh yazın

WordPress.com Bloqu.

Yuxarı ↑

Design a site like this with WordPress.com
Başla: