Paris kommunası 152 yaşında!

Kommuna cəmi 72 gün yaşasa da, alman hərbi maşınının dəstəklədiyi fransız əks-inqilabına qarşı qeyri-bərabər mübarizəyə girsə də, Fransanın və bütün dünyanın fəhlə sinfinin azadlıq mübarizəsi tarixində silinməz iz buraxdı. Kommuna Marksın “Fransada vətəndaş müharibəsi” əsərində qeyd etdiyi kimi, “işçi sinfinin sadəcə olaraq hazır dövlət maşınına sahib olub onu öz məqsədləri üçün hərəkətə keçirə bilməyəcəyini” sübut... Continue Reading →

Rus ədəbi postmodernizminin mənşəyi – Aleksandr Straxov

Postmodernizm XX əsrin ən böyük fəlsəfi, mədəni və hətta qismən siyasi fenomeninə çevrildi. Postmodernizmin tərifi tamamilə onun ironik və çoxsaylı məntiqinə tabedir - ona birmənalı yanaşma yoxdur. Bununla belə, fəlsəfi və dünyagörüşü sistemi kimi postmodernizmə xas olan ümumi xüsusiyyətləri müəyyən etmək mümkündür. Eyni zamanda, postmodern fəlsəfənin nümunələri sayılan nəzəriyyə və müddəalar da təhlil üçün tamamilə... Continue Reading →

Feminizm nədir? – Kirill Martınov

Filosof Kirill Martınov bərabərlik uğrunda mübarizənin tarixi, seçki hüququ hərəkatı və radikal feminist nəzəriyyələr haqqında söhbət açır. Feminizm ən azı iki tərəfdən baxıla bilən bir fenomendir. Birincisi, qadınların bərabərlik uğrunda mübarizəsi ilə əlaqəli siyasi hərəkatdır. Məhz bu cəhət çox vaxt klassik feminizmlə, xüsusən də qadınlara seçkilərdə səsvermə hüququnun verilməsini tələb edən “suffraget” hərəkatı ilə əlaqələndirilir. Bizə elə gəlir... Continue Reading →

Ermənistan haqqında fəsillər – Eduard Limonov

Komandamız yazıçı Eduard Limonovun 2018-ci ildə “Piter” nəşriyyatı tərəfindən nəşr edilmiş “Monqolustan” adlı kitabından Artsaxa/Dağlıq Qarabağ Respublikasına həsr olunmuş fəsilləri tərcümə edərək oxuyucular üçün dərc edir. Müəllifin qeyd etdiyi kimi, kitabın coğrafi ərazi və eyniadlı ölkə ilə heç bir əlaqəsi yoxdur. Kitaba Artsaxın/Dağlıq Qarabağ Respublikasının qəhrəmanlıq keçmişi və bu günü haqqında 8 esse (Stepanakertdə səhər,... Continue Reading →

Qanadlı Erota yol verin: Gənc işçilərə məktub – Aleksandra Kollantay

Sevgi: sosial-psixoloji amil kimi Ey gənc dostum, “proletar ideologiyası sevgiyə nəyi verir?” deyə soruşursan. Hal-hazırda gənc işçilər, işçi respublikası quruculuq işləri ilə məşğul olmalı ikən, sevgi məsələrinə diqqət ayırmasından narahatlıq duyursunuz. Prosesləri kənardan qiymətləndirmək mənim üçün çətindir, amma gəlin bu vəziyyəti izah etməyə çalışaq, o zaman proletar ideologiyasında sevginin rolu haqqında sualı cavablamaq daha asan... Continue Reading →

Yüz il sonra – Boris Kaqarlitski

Sovet İttifaqı yüz illiyini yaşaya bilmədi. Sovet Respublikaları Federasiyası 1922-ci ilin dekabrında yaradılıb və 1991-ci ilin dekabrında ləğv edilib. Bu dövlətin tarixinə keçmiş Rusiya imperiyasının ərazisində yaşayan müxtəlif xalqları bir növ avtoritar federalizm əsasında bir araya gətirmək cəhdi kimi baxsaq, o zaman sonrakı dövrlərdə postsovet məkanında baş verən çoxsaylı münaqişələr və daha çox Ukraynadakı hazırkı... Continue Reading →

Almaniyada çevriliş əməliyyatı və ölmüş nasizmin gəzişən kabusu

Çərşənbə günü səhər Almaniya hakimiyyəti genişmiqyaslı və ildırım sürəti ilə həyata keçirilən əməliyyat zamanı, istintaqa görə, parlamenti silahlı ələ keçirməyə və dövlət çevrilişinə hazırlaşan sağ radikallar-terroristl olan “Reyx vətəndaşları”nı həbs etdi. İndiyədək cəmi 25 nəfər həbs edilib, lakin istintaq bu qruplaşmanın demokratik Almaniya üçün son dərəcə ciddi təhlükə yaratdığını düşünür. [1] Təccübləndiniz, elə deyilmi? Təmsilçi... Continue Reading →

Ərəblər nədən narahat olmalıdırlar? – Rəmzi Barud

Dostum Hana suriyalıdır, amma o da xristiandır. Onun xristian olması əvvəllər o qədər də əhəmiyyət kəsb etmirdi, ancaq bəzən o, xristian ərəblərin Yaxın Şərq mədəniyyətinə verdiyi töhfələrdən bir qədər fəxrlə danışırdı. Və təbii ki, bu barədə o, haqlıdır - müasir ərəb kimliyi müxtəlif dinlərin, məzhəblərin və irqlərin heyrətamiz qarışığı əsasında formalaşmışdır. Xristianlıq da İslam kimi... Continue Reading →

İraq faciəsi – Mixail Magid

Dünya mediası İraqdakı xristianların acınacaqlı vəziyyətindən danışmağa başlayıb (2021-ci ildə). Diktator Səddam Hüseynin dövründə orada 1 milyona yaxın xristian var idi. 2003-cü ildə ABŞ ordusu tərəfindən ölkəni işğal etdikdən sonra indiyə qədər cəmi 300.000 nəfər qalıb. Əksəriyyəti ölkəni tərk edib, bəziləri islamçı yaraqlılar tərəfindən öldürülüb. Bu söhbət İraq faciəsinin daha geniş müzakirəsi fonunda baş verir.... Continue Reading →

Müasir beynəlxalq münasibətlərdə liberal qlobalizm və onun tənqidi

Müasir beynəlxalq münasibətlərdə liberalizm pozitivist fəlsəfənin siyasi modelidir. Liberalizm fəlsəfi olaraq subyekt-obyekt idealizmində iştrak edir. Liberalizm obyektiv olaraq dövləti, subyektiv olaraq isə elitanı irəli sürür. Liberalizm beyəlxalq münasibətlərdə aksenti subyektiv idealizmə tərəf yönləndirir. Liberal dəyər üçün ən əsas kriteriyalardan biri - demokratiyadır. Bəs demokratiya nədir? V.İ.Leninə görə, burjuaziyanın sinfi hökmranlığının forması fərdi hüquq və demokratik... Continue Reading →

WordPress.com Bloqu.

Yuxarı ↑

Design a site like this with WordPress.com
Başla: