Ermənistan haqqında fəsillər – Eduard Limonov

Komandamız yazıçı Eduard Limonovun 2018-ci ildə “Piter” nəşriyyatı tərəfindən nəşr edilmiş “Monqolustan” adlı kitabından Artsaxa/Dağlıq Qarabağ Respublikasına həsr olunmuş fəsilləri tərcümə edərək oxuyucular üçün dərc edir.

Müəllifin qeyd etdiyi kimi, kitabın coğrafi ərazi və eyniadlı ölkə ilə heç bir əlaqəsi yoxdur. Kitaba Artsaxın/Dağlıq Qarabağ Respublikasının qəhrəmanlıq keçmişi və bu günü haqqında 8 esse (Stepanakertdə səhər, Vahə, Moskva, Qırğın dəhşətləri, Gülüstan, Qarabağ kəndində, Nazirlərin küçələrdə gəzdiyi yer, Kilsələr haqqında) daxildir.

PS: Eduard Limonov kimdir? Daha ətraflı: https://antidoqma.wordpress.com/2022/02/22/yeniyetm%c9%99-savenko-artiq-hec-vaxt-boyum%c9%99y%c9%99c%c9%99k/

Stepanakertdə səhər

Səhər Stepanakertdə xoruzlar yarışmağa başlayır. Biri boğuq səslə özünü bəlli etməyə çalışır. Yuxarıdan günəşin şəfəqləri, buludlardan gümüşü marqarintək süzülür. İkinci xoruz rəqibin boğuq səsinə məhəl qoymayır. Ən azından şəhərin o biri tərəfindən. Bu arada şəhər tavada isinircəsinə, ovalığın içində isinməyə başlayır.

Uşaqlar gec oyanırlar, ona görə də uşaqları eşitmirsiniz. Uşaqlar axşam qışqırır, zarafat edir, qaçırlar. Küçələr hələ də boşdur. Xoruzlar uçmadığı üçün, səhər havasında yerə qonan həşəratları yeməklə məşğuldurlar.

Ya Rəbb, budur Şərq, Eduard, Şərq, Şərq! Özü də çoxləçəkli…

İrana məxsus yük maşını keçdi.

Dünən bir Qarabağlı müəllimdən soruşdum:

Bura Suriyadan nə qədər uzaqdır?

Bir anlıq düşündü:

– Suriyaya? Xeyr, o qədər də uzaq deyil. 

Vahə

Tiqranakert (“Tiqr” rus dilində “pələng” kimi tərcümə edildiyindən Eduard Limonov bu toponimin mənasını təsvir etmişdir) pələnglə deyil, eramızdan əvvəl I əsrdə yaşamış erməni hökmdarı Böyük Tiqranla bağlıdır. Bura Tiqranın şəhəridir. Üç mənbədən qaynar su axan bir vahə, yaşıl tut ağacı və əl dəyməmiş əsrlik daşlardan karvansaray gözəçarpır. Karvansaray sanki əsl Hollivuddakı karvansaraydandır. Bax indi Harrison Ford həmən yerdən çıxacaq deyə düşünürsən. Dağlar da iki min il əvvəl olduğu kimi müntəzəm olaraq su ehtiyatını əsirgəmir.

Bura piknikə erməni kənd təsərrüfatı adamları və ya Ermənistan erməniləri gəlir. Onlar zibilləri nəzakətlə torbalarda aparırlar. Bəlkə də, onlar cəzalanmaqdan qorxurlar. Biz əvvəlcə Tiqranakertdə bir neçə məbədin qazıntılarına baş çəkdik. Onların xristian kilsələri olması ehtimalı azdır.

Karvansaranın yaxınlığındakı nadir bağdan keçərək, Tiqranakert qala divarı ilə yoxuşa çıxdıq. Ən zirvəyə qalxdı. Vərdişimdən dolayı, üç dəfə dayandım.  

Düşmənlərin uzaq mavi Azərbaycanı yuxarıdan görünür.

Daş blokları çox böyük və sarıdır, lakin onları uzağa sürükləmək lazım deyildi. Eyni hündürlükdə karxanalar var. Plitələr sarı, məsaməli, bir-birinə uyğun olması, sürüşməməsi və yayılmaması üçün yonulmuşdur.

Orada, narahatedici tərini silərək, şərq terakotasını və antik dövrün mis mədəniyyətini  düşünürsən. Ermənilər “silahlı” və daim əllərin silahlara sarılmış şəkildə təsvir edilir, baxmayaraq ki, bu, təbii ki, cəfəngiyyatdır. İngilis dili buraya uyğun deyil. Amma xalq bu daşlar qədər qocadır. Ermənilər heç də az mətanətli, güclü və yəhudilər qədər kitab əhli kimi deyillər. Sadəcə olaraq yeganə fərq, Məsihin ermənilər arasından çıxmamış olmasıdır. Qəribədir ki, ermənilər Maninin adını çəkmirlər, lakin onların Mani adında, əlilliyi olan sısqa bir peyğəmbərləri olub. 

Qarabağlılar tut yığaraq, ondan araq düzəldirlər. Vahədə yerdə tapdalanan meyvələrə diqqətlə baxdım, hamısı qara rəngdədir. Vodka çox tutucu və 60% idi. 

Vahə sərindir. Su gurlayaraq ətrafında dövr edir. Bundan sonra onlar 18-ci əsrdə İran tərəfindən tikilmiş qalanın həyətində qəhvə içirdilər. 

Həyətdə nəhəng kollarda qızılgüllər, çöl gülləri bitir. Deyilənə görə, Heydər Əliyevin azərbaycanlılardan uzaqlaşaraq dincəlməyi xoşladığı bir restoran var idi. Qəhvəsi sadə, lakin yaxşı idi. Stəkanlar isə köhnədənqalma idi.

Bir dəstə adam Tiqran adlı iri bir gənclə gəldi. Arxa fonda qızılgül kolu ilə şəkil çəkdirdim. Mən öyrəndim ki, Böyük II Tiqran eramızdan əvvəl 140-55-ci illərdə yaşamış və 85 yaşında vəfat etmişdir. O, həm də uzun müddət 94-cü ildən 55-ci ilə qədər hökmranlıq etmişdir.

Əvvəlcə o parfiyalıların əsiri olmuş, lakin sonra əsirlikdən azad olmuşdur. Tiqran parfiyalılar və romalılarla qalibiyyətli şəkildə vuruşmuşdu. O, Yəhudeyanı fəth etmişdi. Hələ onun Suriyanı fəth etməsini demirəm. Onun Dəclə və Fərat çaylarına qədər uzanan mülkləri də var idi. Hətta Aral dənizi yaxınlığında yaşayan tayfalar da ona xərac göndərirdilər. Böyük Tiqran isə on min yəhudini Ermənistana köçürüb. Görəsən, müasir ermənilərin damarlarında yəhudi qanının bir hissəsinin axdığını güman etmək olarmı?

Tiqran paytaxtını indiki Türkiyənin cənubunda inşa etmiş və onu Tiqranakert adlandırmışdır. Sonra Tiqran eyni adlı daha altı şəhər tikmişdir. Biri Qarabağdadır və vahə ordadır. Ordan qalan ancaq daşlar və divar qalıqlarıdır.

Paytaxt Tiqranakert Roma sərkərdəsi Lukullus tərəfindən tutulmuş və talan edilmişdir. Sonralar isə o, bu sərvətlərin sayəsində, Romanın ən zəngin adamlarından birinə çevrilmişdir.

Tiqran isə romalılarla cəsurcasına mübarizə aparmışdır. O zindanda deyil, 85 yaşında öz əcəli ilə vəfat etdi ki, bu da o dövr üçün, mübariz monarx üçün inanılmaz xoşbəxt tale idi.

Paytaxt Tiqranakertin mühasirəsi zamanı belə bir hadisə yaşanmışdır: Tiqran cariyələrini mühasirədən azad etmək üçün atlılarını göndərmiş, iki mindən beş minə qədər atlı paytaxtı mühasirəyə alan romalıları yarıb, Tiqranın cariyələrini xilas etmişlər. 

Tiqran dövründə Ermənistan, Roma və Parfiyadan sonra üçüncü ən böyük dünya dövləti idi. Ermənilər Böyük Tiqranla çox fəxr edirlər. Yerevanda onun abidəsi var. Mən Yerevandan yolüstü keçirdim deyə abidəni görmədim. Hava limanına endim və oradan birbaşa Qarabağa gəldim.

Moskva

Tale məni Qarabağla, ümumiyyətlə ermənilərlə bir araya gətirdi. Onlar necə də qədimdirlər!

Dünən əsilzadə bir ailədən olan şəxsə onlar haqqında elmi biliyimi nümayiş etdirməyə çalışaraq, eramızdan əvvəl yaşamış, qədim Mani peyğəmbər haqqında soruşdum. Maniçilik hərəkatının əsasını Mani qoymuşdur. Mani eramızdan əvvəl, qədim bir ailədən olan əsilzadə şəxsdir. Mən Mani peyğəmbərin anası Məryəm adlı şəxsin parfiyalı Kamsaraxan ailəsindən olduğunu deyəndə, görüşdüyüm adam ayağa qalxdı.

– Ah, qohumdurlar, bu ailədən xəbərim var. Sanki bu Kamsarakyanlar yaxınlıqda yaşayırlar.

Maninin atası Patik adlı arşakid əsilli Parfiya şahzadəsi idi.

Erməni adıdır? Mən soruşuram.

Patik? -birinci saiti vurğulayaraq yenidən soruşur.

Söhbət 277-ci ildə edam edilən bir insandan (Manidən) gedir. Təxminən 1800 il əvvəl.

Və niyə həmən əzəmətli şəxs, Aşşur padşahlarının nəslindən gəlməlidir? Əcdadı Sennaxeribin oğlu Adramelek hesab olunur və Sennaxerib eramızdan əvvəl 705-681-ci illərdə Aşşurda hökmranlıq etmişdir. Ermənilər çox qədimdir. Hələ yer üzündə bir eyhamımız belə yox ikən, onlar artıq orada düşmənlərlə mübarizə aparırdılar. I Şapurun oğlu Persiya şahı I Bəhram isə Mani peyğəmbəri edam etdirmişdir.

Qırğın dəhşətləri

Mən Dağlıq Qarabağın qədim paytaxtı Şuşidə idim. Orada iki muzeyi-təsviri incəsənət və geologiya muzeyini gəzdim, hər iki halda, xüsusən də geologiya muzeyində kifayət qədər olmasa da, geologiya ilə müəyyən qədər tanışlığımı göstərərək, canfəşanlıq edirdim.  

Əgər bu vaxta qədər burada bir neçə dəfə hansı faciələrin baş verdiyini bilsəydim, şübhəsiz ki, depressiyaya düşərdim. İndi yazacağım nümunədir və onu kitabdan diqqətlə köçürürəm.

1920-ci ilin mart hadisələri barədə Məlik-Zare Şahnazarov “Qarabağ əsgərinin qeydləri” əsərində yazır:

“Yanğından və şəhərin dağıdılmasından dörd gün sonra qaçqınlar arasında Tatevik adlı yarı çılpaq gözəl bir qadınla qarşılaşdıq. O, bu insanların arasında idi və möcüzəvi şəkildə qaçmışdı. Türklər ora gələndə, evin həyətində baş verənləri bizə belə danışdı:

Türklər həyətə girəndə hamını tutmağa başladılar. Qadınlar və qızlar zorlanır, ən gözəllərini özləri ilə aparırdılar, qalanları isə öldürülürdü. Oğlanlar da zorlanaraq öldürülürdü  Sonra əsirlərlə – əvvəl bağlanmış kişilər və gənclərlə məşğul olmağa başladılar. Onları növbə ilə sağ əlində iti bıçaqla dəri önlükdə taburedə oturmuş cəlladın yanına apardılar. Onun yanına ilk gətirilən uzun saqqallı əzəmətli və yaraşıqlı keşiş Ter-Arutyun oldu. Əlləri arxadan bağlanmışdı, ayaqlarında zəncir vardı. Cəllad onu arxası üstə uzatdı, başını dizinin üstünə qoydu, sonra keşişin saqqalından tutdu və böyük bir səylə başını iti bıçaqla kəsdi. Sonra türklər keşişin başını nizəyə sancaraq şəhərin tatar hissəsinin bütün küçələrini gəzdirdilər.

Sonra, Tatevik dedi: 15-20 yaşlı cavanları bir-bir cəlladın yanına gətirməyə başladılar. Növbəti qurban gətiriləndə cəllad artıq yorulmuş adamı sol əli ilə çənəsindən tutdu, arxası üstə yerə çırpdı, dizini başının arxasına qoyaraq, iki barmağı ilə burun dəliklərindən tutdu və sağ əli ilə bıçağı boğazına keçirdi. Sonra əzab çəkən bədəni ayağı ilə kənara ataraq uzaqlaşdırdı. Türklərdən ibarət tamaşaçılar ayağa qalxıb baş verənləri heyvani maraqla izləyirdilər. Belə ki, tatar izdihamının gözü qarşısında 60 gənci qırdılar.

Tatevik daha sonra bizə dedi: “Üzü parçalanmış  və bədəni şikəst edilən 14 yaşlı uşağımı cəlladın yanına gətirəndə hər yerim titrədi, cəllad onu kürəyinə oturduqda burnundan tutub boğazını bıçaqla kəsdi. Mən qışqırdım və huşumu itirdim”. Bunu bizə deyən qadın qəfil yerə yıxıldı və sanki qıcolma keçirmiş kimi uzun müddət titrədi.

60-cı illərin sonuna qədər təxminən 50 il ərzində şəhərin xarabalıqları 1920-ci ilin mart hadisələrinin səssiz şahidləri kimi yerindən tərpənmədi 

Mən Şuşiyə gedəndə artıq şəhərdə 3000 nəfər yaşayırdı. Qala hələ də təsir edicidir. Mən orda fikirlifikirli dolaşdım. Yuxarıdan Stepanakert mükəmməl görünürdü. Buradan, müharibə zamanı SSRİ-də “Qarabağ böhranı” adlandırılan hadisələr anında Azərbaycan artilleriyası Stepanakerti vurmuşdu.

Buna baxmayaraq, ermənilərin iki bölüyü romalılar kimi gecə vaxtı təpələrə dırmaşaraq şəhəri azad etmişdilər 

Dəhşətlidir, hə? “Burun dəlikləridən…”

Dəhşətlərin təfərrüatlarını oxumaq və onlara baxmaq lazımdır, çünki o zaman dəhşətin bütün dərinliyini başa düşürsən. Serqo Orconikidze və Osip Mandelstam kimi diametral ziddiyyətli insanlar Şuşiyə getdikdən sonra dəhşətə gəlmişdilər.

Gülüstan

Səhər məni Müdafiə naziri qəbul etdi. O, uzun boylu, ağ saçlı, gülərüz idi. Birlikdə içdiyimiz qəhvə məni məsd etdi. Adı Levandır. Və bir neçə saatdan sonra biz yeddinci istehkam sahəsindəki 20 nömrəli posta çatdıq, oradan istehkamın abbrazuru vasitəsilə Gülüstan kəndini gördük. Ermənilər oradan qovulmuşdular. Kənd aşağıda yaşıllıqdadır, azad olunmağı gözləyir.

Minlərlə Qarabağ kəpənəyi, milyonlarla kol və Qarabağ ağaclarının yanından, milyonlarla daşdan sonra, yüzlərlə döngədən sonra ora getmək kifayət qədər uzun bir yoldur. Ya solda bir uçurum, sonra uzanmış buludlar, ya da silsilələrə yapışmış mavi bir dağ var idi.

Arxaları enli hərbçilər, forma geyinmiş sürücülər və polkovnik-leytenant Armen (Armenin düymələrində iki qara ulduz var) qabaqda, biz üçümüz arxa oturacaqda əyləşmişdik.

Sərhəd qoşunları bizə etimad göstərdi. Bizi öz ərazilərinə buraxdılar. Biz əvvəlcə möhkəmləndirilmiş ərazinin qərargahına gəldik. Burada bir polkovnik – Karo adlı bir yumru sifət, susqun, barmaqlarını barmaq aralarına sürtən və ikili şişman yanaqlı biri idi. O daşlaşmış  polkovnikə bənzəyirdi. Bizə dedilər ki, aprel hadisələrinə görə (2016-cı ildə Azərbaycan ordusu Qarabağa girəndə) polkovnik respublika xaçı ilə təltif edilmişdir.

Salamlaşmaqla bir yerdə hər şey edərək, həmən polkovnikin kabinetində əyləşən kimi dodaqlarını qəhvəyə batırıb, mövqeyə doğru keçdilər.

Ərazilər cənnət kimi görünürdü. Hər şey o qədər güclü bitkilərlə örtülmüşdür ki, yoldan bir-iki metr irəlilədikdə, az qala otlara ilişib qala bilərsən  

Gülüstan kəndi əfsanəvi yerdir. Burada, 1813-cü ildə, oktyabrda Gülüstan müqaviləsi bağlanmışdı. Ona görə də İran bu torpaqları, müasir Azərbaycanın bir hissəsini, o cümlədən Qarabağ xanlığını (yeri gəlmişkən, Bakı xanlığı da daxil olaraq) əbədi olaraq verdi. Bilirsiniz kimə? Biz ruslara, Rusiyaya.

Müqavilədə bildirilib ki, müqavilə “Gülüstan traktında, Zeyvə çayı yaxınlığında” bağlanıb. Budur, biz bu kəndin üstündə dayanıb istehkamın bəndindən baxırıq. Dünya bu tarixi müqaviləni unutmağa üstünlük verdi. Baxmayaraq ki, bizim bu torpaqlara qarşı iddialarımız Kuril adaları ilə müqayisədə daha az hüquqa malik deyil. Əksinə, bizim buna çox hüququmuz var. İstəyirsinizsə, bu haqqda internetdə araşdırın.

Ümumiyyətlə, biz Rusiya olaraq təvazökar ölkəyik. Azərbaycana “Çıx get buradan, bu torpaqları müstəqil Qarabağa verəcəyik, bura onların torpağıdır!” deyə qışqırmırıq. Biz əvəzinə ağzımıza cırcındırı bağlayıb susuruq.

Əsgərlərin hamısı cavandır. Onlar süngülərini pulemyotlarına bağlamış vəziyyətdə dayanıb nəzakətlə bizə baxırlar. Gülüstana baxan qala divarı boyunca bütün səngərlər uzanır. Tənəkələrin üzərində rəqəmlər yazılıb.

Əlbəttə, ordu yenə də minaatanlarını və pulemyotlarını bizdən təmin edirdilər. Amma uşaqlar cavan və saqqalsızdır, yalnız çavuş və zabitlər 23 ildir xidmət edir.

Qarabağ – bu haqda düşünməyi məsləhət görürəm. Bu ölkə gözlərdən uzaq bir yerdə, ən ifrat xristian ölkəsidir. Ağırlıq onların üzərindədir. Qarabağ cənub və cənub-şərqdə İran, Türkiyə və Azərbaycanla həmsərhəddir. Radikal İslamın tüğyan etdiyi bir mühitdə biz bu torpaqlara xüsusi qayğı göstərməliyik.

Bəs biz?

Slavyan Monteneqro NATO-ya daxil oldu. Nədənsə biz inanırdıq ki, bu Slavyan Serb dövləti həmişə “bizim üçün”, “bizimlə” olacaq, amma onlar sadəcə olaraq ruhumuza tüpürdülər.

Qarabağ erməniləri, hətta ən kiçik kənd məktəblərində belə (inanın ki, mən özüm görmüşəm) Rusiya Federasiyasının gerbi asılır, ədəbiyyat kabinetlərində isə Lermontovun rəhbərlik etdiyi rus yazıçılarının portretləri var. Monteneqro ilə birlikdə Rusiyaya sadiqliyinə görə “tərif”lənənlərin hamısından daha çox ermənilərə ehtiyacımız var.

İman qardaşları bizim üçün qan qardaşlarından az yox, daha çox qardaş ola bilər. Orta əsr xristian monastırları ölkəsi diqqət və dəstəyə layiqdir. Axmaq olmaq lazım deyil, çünki biz uzun müddət boyunca axmaq olmuşuq.  

Biz Qarabağı tanıyıb yaşayacağıq. Xoşbəxt yaşayacağıq, yaxşılaşacağıq və birbaşa İrana gedəcəyik (orada xilafət cihadçılarının nifrət etdiyi şiələr yaşayır və İranın sarı nömrəli yük maşınları dağ yollarında irəli-geri fırlanır). Bizdən başqa gedəcək yeri olmayanlara dəstək olmalıyıq.

Qarabağla bağlı isə bu, məhz belədir. Onların cəmi 160 min əhalisi var. Amma gör onlar necə də keyfiyyətlidir!

Ən döyüşkən ruhlu dağ erməniləri dost və müttəfiq kimi qəbul edirik. Bizim onlardan başqa heç kimimiz yoxdur.

Qarabağın kəndində

İnsanların kənddə necə yaşadığını görmək istəyirdim.

Kəndə gedirik. Sarı nömrəli İran yük maşınlarının arxasınca yola davam edirik. İranın yük maşınlarının Qarabağa nə apardığını soruşuram.

Cavab: “Hər şey!”

Biz Qarabağdakı müşayiətçimiz Albertin qohumlarının yaşadığı kəndə getdik. Paytaxt Stepanakertdən 25 kilometr aralıda idi. Elə girişdə stolun ətrafındakı çardaq altında köntöy, yöndəmsiz meyvə ağaclarına bənzəyən qocalar domino oynayırlar.

Və biz əmin olduq ki, bura İtaliyadır. Ya da hansısa Siciliya ərazisidir.

Əvvəlcə məktəbə getdik. Məktəbə uzun müddət Albertin atası rəhbərlik edirdi – onun baralefi divara vurulmuşdur. Təmiz və sərin dördüncü sinif otağının birində, divarda Rusiya Federasiyasının gerbi asılmışdır. Şagirdlərin çaşbaş qalmaması üçün yuxarıda rus dilində “Rusiya Federasiyasının gerbi” yazılmışdır.  

Ədəbiyyat kabinetində rus yazıçılarının çoxlu portretləri var. Bizim qafqazlı rus Lermontovun portreti ölçüsünə görə ən böyük və bütün portretlərdən daha öndə asılmışdı.  

Məktəbin foyesində Qarabağın azadlığı uğrunda şəhid olmuş on iki şagirdin fotoşəkli var. Kənd məktəbi üçün bu say az deyil. Dünən isə paytaxt Stepanakertdə Qriboyedov adına rus məktəbində yüzə yaxın ölü saydıq.

Direktor (güclü əli var idi –yeri gəlmişkən, bütün qarabağlıların əlləri qalın və güclüdür) gileylənir ki, uşaq azdır. Kənddə 150 ailə yaşamasına baxmayaraq, ikinci sinifdə cəmi yeddi nəfər var. Direktorun qarşısında isə ənənəvi qəhvə var.

Sonra Albertin qardaşı oğlunun yanına getdik.

Dar yoxuşlardan, eşşək sürən qoca qarşımıza çıxdı. Eşşəyə nə qədər odun yüklədiyini bir şeytan bilir. Eşşəyin arxasında ağaclar kimi beli bükülmüş bir qoca var. Burulmuş əzələləri, minlərlə hissin təzahürü idi. Bu “siciliyalı”nın bir əlində narıncı saplı mişar, digər əlində balta var. Baltanın qundağı ilə eşşəyə vurur.

“Eşşəyi ağrıtmırmı?” – soruşanda, sualımıza kəndli çiyinlərini çəkir: “Vurmasam, getməyəcək. Eşşək çox inadkardır.”

Dar həyətə giririk və orada çoxlu dəmir var – tam rus kişiləri kimi: başlıqlar, paslı armaturlar… Bir sözlə, evə lazım ola biləcək və ya heç vaxt lazım olmayan bütün dəmirlər. Həyətdə çox az yer var. Biz nəyin gavalı, nəyin əkin kartof, nəyin pomidor, nəyin heyva, nəyin üzüm olduğunu bir az ayırd edirik.

Dik, pilləkənlə sürətli şəkildə ikinci mərtəbəyə qalxırıq. Orada açıq yay mətbəxi, yeməkxana və zal var.  Zalın bir tərəfində isti küləkdə yellənən mavi plastik torba asılmışdır. Albertin qohumu (qardaşı oğlu) cavan, hündürboylu, iri kalibrli oğlandır. O sanki erməni ayısıdır.  

Onun arvadı otağın ortasındakı stolun üstündə xəmir yoğurur.

Qadın antik siciliyalılara bənzəyir: bütün paltarları qara rəngdədir. Qara don, qara corab, qara başmaq və qırışmış siması. Üç oğlan zalın ətrafında qaçır. Hamısı da qaragözlüdür. Beş, yeddi və on iki yaşlarında.  

Ailənin qadınları bizim üçün incə doğranmış göyərti ilə yastı tortlar hazırlayır: bu tortu “zhengyalob khat” adlanır (ümid edirəm ki, tortun adını təhrif etməmişəm).

Albertin qardaşı oğlu bizim üçün xoruz kəsdi. Xoruz qaynadı və qardaşı oğlu onu doğradı. Pendiri kəsdikdən sonra şərab gətirdi. 

Sonra heyva mürəbbəsi ilə çay içdik. Uşaqlar və qardaşı oğlu ilə şəkil çəkdirdik.

Danışdıq. Sovxoz olanda taxıl verirdilər. Ailəyə taxılı verirdilər deyə, un əvəzi taxılı özləri üyüdürlər.

Amma ümumilikdə hər şey var. Lakin hal-hazırda vəziyyətləri çox pisdir və acınacaqlı haldadırlar.

Bura aurasından sanki Mərkəzi İtaliyaya bənzəyir.

İran haqqında emosional deyil, yaxşı danışırdılar. Mən başa düşdüyüm kimi, onlar üçün İran Çin kimidir: bütün məişət və digər əşyalar oradan tədarük edilir.

Biz yemək yeyəndə uşaqlar getdi və qəfil harasa yox oldular. Həyat yoldaşı da masaya oturmurdu. Süfrəni bəzəməklə məşğul idi və mənə heç baxmırdı. Görünür, dağ erməniləri arasında adətlər tamam başqadır.

Qarabağlılar aran erməniləri ilə müqayisədə, məncə, daha döyüşkəndirlər. Yeri gəlmişkən, Ermənistanın indiki prezidenti Serj Sarkisyan qarabağlıdır (Qarabağın keçmiş müdafiə naziri, qarışdırmıramsa), Ermənistanın indiki baş naziri də Qarabağdandır. Yəni, qarabağlılar, necə deyərlər, meydanlardadır. Lakin Ermənistan erməniləri güc aspektlərində daha çox üstünlük təşkil edirlər. Onlar daha çox avropalıdırlar, belə hesab etməli olarsa.

Geri qayıdırıq. Albert deyir ki, qonaqlar üçün adətən toyuq və ya quzu kəsirlər. Bunu özləri üçün etmirlər, lakin qonağın hər şeyin ən yaxşısına layiq olduğunu düşünürlər.

Biz bir-birinin ardınca bərpa edilən çox qədim kilsələrin yanından keçirik. Kolizey kimi tez köhnəlmiş bir çox xarabalıqlarla rastlaşırıq. Ətrafda qızılgül kolları və hər yerdə parlaq nar qönçələri bitir.

Və İran yük maşınları ora-bura gedirlər. Parlamentə və Xomeyninin məzarına edilən hücumdan hamının xəbəri yoxdur. İran yük maşınları heç nə olmamış kimi dayanmadan yollarda hərəkət edir. 

– “Burdan Suriyaya asanlıqla əl çata bilər, elə deyilmi, Albert?”

– “Aha, uzaq deyil” Albert dedi.

Suriya Şərqi Xristianlığın beşiyidir.

Və qədim, padşahlı, dörd min illik İran.

Nazirlərin küçələrdə gəzdiyi yerlər

Dağlıq Qarabağ Respublikası (ARTSAX adlanır) parlamentinin sədri və xarici işlər naziri ilə iki dəfə Respublika meydanında görüşdük. Saqqalı, qalstuklu, Lavrov kimi hündür xarici işlər naziri mənə yerli adət-ənənələri məmnuniyyətlə izah etdi.

Eyni yerdə iqtisadiyyat naziri də bizimlə idi. İqtisadiyyat naziri ilə dondurma yeməyə getdik və birlikdə bir qədəh şərab da içdik. Orada bir neçə deputatla görüşdük. 

Respublika Meydanını onlar sadəcə olaraq Meydan adlandırırlar. Axşamlar isə bütün şəhər meydanı olduqca səliqəli görünürdü. Riqqətli yeniyetmə qızlar, ən yaxşı geyimdə yerli Rostovlu Nataşalar, arıq oğlanlar. Burada isə nazirlər gəzirdi. Biz də burdayıq. Moskvadan gələn qonaqlarıq.

Meydanda tanışlarla görüşmək, ritual olaraq qucaqlaşmaq və bir-birinizin belinə dostca vurmaq üçün darıxmışam.

Axşama yaxın istilik adətən azalır və şəhər rahatlaşır. Dəniz olmadığı üçün burada sahil yoxdur.

Amma burada “Meydan” var. Qarabağdakı ilk axşamımız Qarabağlı bələdçimiz Albert bizi Mərkəzi Meydana çağıranda biz getmədik, çünki mən onu başa düşmədim. Biz Moskvada daha ciddi işlərlə məşğul olur, bu kimi gəzintilərə tamamilə vaxt ayırmırdıq.

Burada isə qəribədir. İnsanlar ənənəvi olaraq bütün şəhər avtomobillərin meydana daxil olmasını məhdudlaşdıran bəzi məntəqələrdən irəli-geri gəzir. İşimiz olmayanda o axşamlar biz də Meydanda nazirlərlə, camaatla əylənirdik.

Ümumiyyətlə, orada hər şey daha asandır. Xalq sağ qaldı. Az-çox minlərlə qurbanı olan müstəqillik uğrunda qanlı müharibə gördü. Yaş və cins fərqi qoyulmadan insanların belə universal birliyi görünməmiş əxlaqın sadəliyidir. Bu demokratiyanın belə bir qədim mənşəyidir. Bəlkə də qədim Afinada belə olub… Əminəm ki, məhz belə olub.

Yadımdadır ki, biz qədim Tiqranakert şəhərinin qazıntılarını ziyarət etməyə gedirdik. Albert turizm komitəsinin rəhbərinə zəng etdi. Deyir: “Mən pomidor əkərəm” lakin yarım saatdan sonra biz onu olduqca təvazökar evində götürdük. Başqa bir dəfə iqtisadiyyat naziri axşam saatlarında bizi az qala xruşşovkaya gətirirdi. Lakin sonradan bizə məlum oldu ki, elə o həmən xruşşovkada yaşayır.

Sonuncu gün məni respublika prezidenti cənab Bako Saakyan qəbul edəndə, onlar pasport qəbuletmə məntəqəsində bizdən pasportlarımızı istəmədilər. Düzdür, prezident sarayını hərbçilər qoruyur, amma bəziləri kifayət qədər mehribandır. Saray yalnız Respublika meydanına, eləcə də parlament binasına baxır.

Meydanda, digər gözəçarpan yerlər arasında (və bunlar kollar, cənub ağacları, iyli qoxulu çiçəklərdir), gözəlliklər arasında bir anda yeddi yüz evli cütlüyün fotoşəkillərinin nəhəng rəngli panelləri var. Bir anda yeddi yüz cütlüyü evləndirmək zəngin erməni oliqarx Levon Ayrapetyanın ekssentrik ideyası idi.

Eksentrik zəngin adam kollektiv toydan əlavə, doğma Vank kəndini də abadlaşdıraraq, onun ətrafını belə Qarabağ Disneylendinə çevirmişdi. Ora iki yelkənli qayıq teatr və mahnı festivalları üçün səhnə platforması qurulmuşdu. Burada ilk iki gecənin pulunu ödəmədiyiniz bir otel var. Balıqlı göldə sizə bir çubuq verirlər və sonra tutulan balığı bişirirlər.

Abidələr tərəfindən ekssentrik olaraq qalaqlar üzərində hündürlüyə qaldırılan avtomobillər milyarderin ekssentrik şıltaqlıqlarından doğan məqamlardır.

Bu həm də şıltaqlıq deyil. Xalq üçün faydalı olan budur ki, Ayrapetyanın XIII əsrə aid monastır olan qədim Qandzasar monastırının yenidənqurma xərclərini öz üzərinə götürüb. Monastr son dəfə 1240cı ildə təmir edilmişdir.

Monastırı müşayiət edən müasir binada qədim erməni əlyazmaları kolleksiyası var. Təxminən min ildir ki, oradakı rənglər heç solmayıb. Koxinealdan hazırlanmış parlaq mavi və ya parlaq qırmızı səhifələr gözə aydın şəkildə çarpır.  

Amma bu gözəl insan, yeri gəlmişkən, Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Təsəvvür edin ki, indi həmən insan bizim Rusiya həbsxanasında oturub. “Başneft” işi üzrə mənimsəmə və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ittihamı ilə məhkəməni gözləyir.

Belə bir adamın müdafiəsinə qalxmağı özümə borc bilirəm. “Onun günahı yoxdur” – deyə qışqırmaq istəmirəm. Onun günahının olub-olmamasını da bilmirəm. Amma belə adamların boş yerə həbsdə oturmasını istəmirəm. Qoy azadlığa çıxsın. Etdiyini eləsin. Monastırları bərpa etsin və vətənində Disneylendlər tiksin. İnsanlara xeyir gətirsin.

Yeri gəlmişkən, o yeddi yüz cütlüyün o toyundan sonra respublika meydanında toy edəndə, o cütlüklərin ilk uşaqlarına mənzil hədiyyə etməyi vəd etmişdi.  

O, hətta dənizi də qaza bilərdi. Dəniz isə Artsaxda olmayan yeganə şeydir.

Əgər orada dəniz olsa, turistlər dəstə-dəstə qədim Afinaya bənzəyən və meydanda gəzən nazirlərindən ibarət bu qədim demokratiya ölkəsinə gedəcəklər. 

Ağır xəbər var. Oktyabr ayında mən “Monqolustan” kitabının planını yoxlayanda, Levon Ayrapetyan Rusiya həbsxanasının xəstəxanasında vəfat etdi.

Kilsələr haqqında

Köhnə adı ilə Artsaxda, yəni Dağlıq Qarabağ Respublikasında, mən dəfələrlə köhnə kilsələrə girmişəm. Burada bütün bu kilsələri sadalamaq, erudisiya nümayiş etdirmək istəmirəm. Yaddaşım yararsız zibil kimi olub. Mən burada “Vikipediya”dan çıxarışlarla da öyünmək niyyətində deyiləm.

Burada ilk növbədə temperatur sərin və hətta soyuq olub-olmamasını vurğulayacağam. Bunun səbəbi daşlardır. Mən həm də buranın qoxusunu vurğulayacağam. Yerin dərinliklərində daş qoxusu, sərin əbədiyyətin nəm qoxusu var. Bu qoxu qəbirlərin deyil, ailə məzarlıqlarının qoxusudur. Bu uzun müddət burnunuzdan getməyəcək bir qoxudur. Əsrlərin, hətta minilliklərin qoxusudur.

Məncə, hər cür vəhşiliyin edildiyi bu Qarabağ məbədlərinə də çoxlu qan damcıları hopmuşdu. Həqiqətən dağın kənarına oyulmuş Dadivank məbədində (çətin bir yol məbədə aparır, görünür, rahiblərin hücrələrinə qalxmaq, qayalarda yalnız kəndir nərdivanları ilə mümkün idi). Çox uzun boylu, yaraşıqlı, qara paltarlı cüssəli bir keşiş yanımıza gəldi. 

Mən qədim freskanın fraqmentlərini göstərərək: “Müqəddəs Stefanın daşqalaq edilməsi!” deyəndə, kahin mənim biliklərimi hörmətlə təsdiqlədi və biz birlikdə Müqəddəs Stefanı əhatə edən fiqurlardan hansının Həvari Pavel olduğunu müzakirə etdik. Ətrafınızdakıların arasında bu mövzularda bilən birini görmək ürəkaçandır.

Qaya məbədinin girişindəki sütunlar o qədər geniş idi ki, onları örtməyə üç nəfər belə yetməzdi. Erməni keşişi qədim Romalı kimi yaraşıqlı və nəcib idi. Qarabağ daşlarının əbədiyyətin ciddi qoxusu üzərinə hopmuşdu.

Çöldə dağların istisi ağır idi. Fikirləşdim ki, burada yaşayıb məmnuniyyətlə ölərəm.

Mən Parisdəki Saint-Germain Bulvarında, Saint-Germain des Pres kilsəsində etiraf görüşlərində olmuş  bir adamam. Moskvadakı Müqəddəs Andronikov monastırına “Volqa”da gəzintiyə çıxan insanam (yaxınlıqda Lefortovo məhkəməsinin binası yerləşir. 2001-2002-ci illərdə mənim cəza çəkdiyim yerlərdən biridir və bir dəfədən çox bu məhkəməyə aparılmışam). Mən İtaliyadan gəmidən düşərək Müqəddəs Pyotrun bir neçə dəfə təbliğ etdiyi katakomba kilsəsində serb hərbçiləri ilə Adriatikdən enən bir adamam. Belə bir insan olaraq mənə ən çox o köhnə kilsə çuxuru təsir etdi. Qırmızı Həvari Paulun Stefana baxdığı yer, yəni sağ qalan freskada Müqəddəs Stefan daşqalaq edilmişdi. 

Ermənilər deyirlər ki, türklər (azərbaycanlılar, ya da tatarlar) bu monastır və kilsələrdən qoyun tövləsi kimi istifadə ediblər.

Bir şərh yazın

WordPress.com Bloqu.

Yuxarı ↑

Design a site like this with WordPress.com
Başla: